MC&S-in media monitorinq qrupu 1-31 mart dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Xeberler.az-ın məlumatına görə, şirkətin media monitorinq qrupu 10 televiziya, 55 çap və 345 onlayn media daxil olmaqla 410-dan çox mənbəni izləyir.
Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik.
Belə ki, məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (1003 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1210 məlumat), sığorta şirkətləri arasında PAŞA (158 məlumat), ali məktəblər arasında BDU (819 məlumat), otel və biznes mərkəzləri arasında Hilton (339 məlumat) irəlidədir.
Qeyd edək ki, daha dolğun nəticələr Facebook səhifəsində yerləşdirilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri