Ölkəmizdə səfərdə olan Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları salamlayan Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Görüş zamanı Uqandada “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış Xidmət Mərkəzlərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində aparılan işlər müzakirə edilib.
Uqandalı nazir ölkəsindəki Xidmət Mərkəzlərinin fəaliyyəti nəticəsində vətəndaş məmnunluğunun artdığını qeyd edərək Azərbaycan tərəfinə göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb. Həmçinin o, vətəndaşların dövlət xidmətlərinə əlçatanlığını təmin edən Səyyar ASAN xidmət təcrübəsinin də Uqandada tətbiqində maraqlı olduğunu bildirib.
Xatırladaq ki, hazırda Uqandada “ASAN xidmət” təcrübəsi əsasında 6 mərkəz fəaliyyət göstərir.
Nümayəndə heyətinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar da ətraflı məlumat verilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları