Previous Next
Bağla

Uşaqları zərərli informasiyadan qoruyan qanun qüvvəyə minəcək

23-08-2019 16:04
Uşaqları zərərli informasiyadan qoruyan qanun qüvvəyə minəcək

Xeberler.az bildirir ki, gələn il yanvarın 1-dən uşaqların zərərli informasiyalardan qorunması haqqında qanun qüvvəyə minəcək. Bu, uşaqların internetdən təhlükəsiz istifadəsi, televiziya məkanında, sosial şəbəkələrdə qarşılaşdıqları zorakılıqlardan müdafiə olunması məqsədi daşıyır.

Qanun layihəsinə əsasən, uşaqların mənafelərinin üstün tutulması, hüquq və azadlıqlarının təmin olunması, həyat və sağlamlıqları üçün təhlükəsiz, hərtərəfli inkişaf və sosiallaşmalarını təmin edən informasiya məhsullarının dövriyyəsinə şərait yaradılması əsas prinsiplərdəndir. Həmçinin, qanunla zorakılığın, qəddarlığın, narkotik vasitələrin, psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışların, pornoqrafik xarakterli informasiyaların uşaqlara təbliğ olunmasına imkan verilməyəcək

Qanun layihəsini şərh edən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov  bildirib ki, ölkəmizdə uşaqlarla bağlı dövlət siyəsəti onların zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasını, mütərəqqi tələblər əsasında təhsil almasını, layiqli vətəndaş kimi formalaşmasını təmin etməyə yönəlib. 

Onun sözlərinə görə, yeni qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir: “Ölkə qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ var. Yeni qanunla isə uşaqlara informasiya məhsullarının istifadəsi üçün münasib yaş həddi nəzərdə tutulacaq. Bu da uşaqlar üçün nəzərdə tutulmayan, təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatların izlənməsini qadağan edəcək”.

“Qanunla fiziki və ya hüquqi şəxslərin uşaqların şüurunda hər hansı davranış qaydası və ya stereotipin formalaşmasına yönəlmiş, yaxud uşağı hər hansı hərəkət və ya hərəkətsizliyə təhrik etdirmək məqsədi daşıyan təbliğinə də nəzarət güclənəcək. Cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri təbliğ edən informasiya – milli mənəvi, əxlaqi dəyərlərə zidd əməllər törətməyə həvəsləndirən məlumatlar qadağan olunacaq”, - deyə vəkil qeyd edib.

R.Qaraşov bildirib ki, qanunla informasiya məhsulunun üzərində, onun daşıyıcısında və qablaşdırmasında yaş kateqoriyası işarəsinin göstərilməsi nəzərdə tutulur: “Qanun qüvvəyə mindikdən sonra azyaşlılara təqdim olunan informasiyaların mövzusuna, məzmununa və tərtibatına diqqət yetiriləcək”.

Hüquqşünas qeyd edib ki, informasiya məhsulunun yaş təsnifatını ekspert təyin edəcək: “Həmin şəxs pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik və tələblərə cavab verən şəxs olacaq. Qanunla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilməyəcək. Həmçinin uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilməyəcək”.

“İnanırıq ki, bu qanun uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarəti  gücləndirəcək, onların sağlam düşüncəli və vətənimizə xeyirli övlad kimi böyüməsinə güclü təsir edəcək”, - deyə R.Qaraşov bildirib.

Qeyd edək ki, Azərbaycanda uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması, uşaqların zərərli informasiyalardan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Uşaqların zərərli məzmundan qorunması beynəlxalq əməkdaşlıqla gücləndirilməlidir

Uşaqların zərərli məzmundan qorunması beynəlxalq əməkdaşlıqla gücləndirilməlidir

15-04-2025
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026
“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

31-07-2020
Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

28-01-2026
Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018
Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018
Uşaqların internet təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

Uşaqların internet təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

27-09-2016
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

18-12-2025
Uşaq verilişlərində verilən reklama məhdudiyyət qoyulacaq

Uşaq verilişlərində verilən reklama məhdudiyyət qoyulacaq

18-09-2019
Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

06-02-2026
Fransa məktəblərində mobil telefon qadağan edilə bilər

Fransa məktəblərində mobil telefon qadağan edilə bilər

01-01-2026
İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018
Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

09-06-2026
Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

08-06-2026
Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib

Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib

27-01-2026
Kanadada uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər

Kanadada uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər

11-06-2026
Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

02-02-2026
Təklif: İnternet klublarda uşaqlar üçün xüsusi kompüter ayrılsın

Təklif: İnternet klublarda uşaqlar üçün xüsusi kompüter ayrılsın

06-03-2017
 Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

12-04-2016
Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək

Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək

11-11-2011
Provayderlər "halal internet" xidməti göstərməyə hazır olmalıdır

Provayderlər "halal internet" xidməti göstərməyə hazır olmalıdır

04-10-2019
Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

05-12-2025
Britaniya uşaqlara sosial mediadan istifadəni qadağan etməyi planlaşdırır

Britaniya uşaqlara sosial mediadan istifadəni qadağan etməyi planlaşdırır

20-01-2026
Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

08-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə