AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Uşaqların zərərli informasiyadan qorunması” üzrə qanun layihəsi müzakirə edilib.
Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.
Qeyd edilib ki, İnternetin zərərlərindən qorumaq üçün maarifləndirici, təşkilati və proqram-texniki tədbirlərlə yanaşı, uşaq psixologiyasına, sağlamlığına təsir edən ziyanlı kontentin qarşısının alınmasının qanunla tənzimlənməsi də mühüm məsələdir.
İclasda uşaqların qarşılaşdığı təhlükələrdən söz açılıb, onların İnternetdə aldadıldıqlarını, zorakılığa məruz qaldıqlarını və sosial-psixoloji təhdidlərlə üzləşdiklərini qeyd edilib.
Bildirilib ki, uşaqların təhlükələrlə qarşılaşdığı virtual məkanlara sosial şəbəkələr, forum, oyun otaqları və s. aiddir.
İştirakçıklar İnternetdə uşaqların qarşılaşdığı təhlükələrin bir neçə qrupa bölündüyünü deyib. Buraya məzmun, elektron təhlükəsizlik, ünsiyyət və davranışla bağlı risklərin daxil olduğunu qeyd etdilib.
Bildirilib ki, məzmun ilə bağlı risklər İnternetdə yayımlanan və uşaqlar üçün qeyri-qanuni məzmun hesab edilən məlumatların istifadəsidir. Elektron təhlükəsizliklə bağlı risklərə fərdi məlumatların açıqlanması, aşağı səviyyədə müdafiə (virus hücumuna məruz qalma riski) olunan fərdi kompüterdən şəbəkəyə çıxış, onlayn fırıldaqçılıq və spam, ünsiyyətlə bağlı risklərə İnternetdə uşaqların kibercinayətkarların qurbanına çevrilməsi və s. aiddir.
Rəsmilər kiberöküzlükdən (cyberbullying) söz açaraq onun e-mail, ani yazışma, çat otaqları, sosial şəbəkələr, veb-saytlar, eləcə də mobil telefonlar vasitəsilə həyata keçirilən və insana psixoloji zərər vuran virtual terror olduğunu diqqətə çatdırıb. Həmçinin kiberzorakılığın komponentlərini qeyd edərək buraya təcavüzkar və mənfi davranış, iştirakçılar arasında müxtəlif qüvvələrə malik münasibətlərin olması və s. aid olduğunu vurğulayıb.
İnternet asılılığın yaratdığı problemlərdən də danışılıb. Qeyd edilib ki, uşaqların və yeniyetmələrin hər şeyi öyrənmək istəyi onların İnternetdə saatlarla vaxt keçirməsinə səbəb olur. Bu uşaqlarda real ünsiyyətdən daha çox virtual münasibətə üstünlük verməsi, cəmiyyətdən uzaqlaşması, sağlamlığı ilə bağlı problemlərin yaranması və s. ilə nəticələnir. Həmçinin bildirilib ki, İnternetdən asılılıq bəzi ölkələrdə psixoloji xəstəlik kimi qəbul olunub.
Məlumata göprə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 02 aprel tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İC-nin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq olunmuşdur. Sərəncama əsasən, “Uşaqların qanunazidd və təhlükəli kontentdən qorunması üçün “təhlükəsiz İnternet” mexanizminin işlənilməsi və tətbiqi” bəndi işlənib.
“Uşaqların zərərli informasiyadan qorunması” qanun layihəsinə əsasən uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyən edilib.
Bu qanunun 2020-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcəyi ehtimal olunur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri