"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

28-04-2026 / 15:04

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamənin təsdiq edilməsi ilə bağlı qərar qəbul edib. Qərar arxiv işinin inkişafına dair Dövlət Proqramının icrasının təmin olunması məqsədi daşıyır.

Xeberler.az bildirir ki, qərara əsasən, “Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sistemin təşkili, idarə olunması, saxlanılması, səmərəli istifadəsi və inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılıb.

Eyni zamanda, Milli Arxiv İdarəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə sistemin dövlət informasiya ehtiyatları və elektron xidmətlərin vahid reyestrinə, eləcə də fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq addımlar atacaq.

Qərarda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət informasiya sistemlərinin formalaşdırılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı tələblərin icrasının təmin edilməsi də həvalə olunub.

Bununla yanaşı, Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli qərarında dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, “Vahid Elektron Arxiv Məlumat Sistemi” ilə bağlı terminologiya yenilənib, bəzi müddəalar ləğv olunub və normativ sənədlərdə uyğunlaşdırmalar aparılıb.

Qərar Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən 28 aprel 2026-cı il tarixində imzalanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə