İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Türkiyə Respublikasının birgə təşkilatçılığı ilə İstanbul şəhərində “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammiti keçirilir. Tədbirdə Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Xeberler.az bildirir ki, sammitin açılış mərasimində Rəcəb Tayyib Ərdoğan iştirak edib. Türkiyə Prezidenti tədbirin bacarıqlar sahəsində qlobal dialoq üçün güclü platforma yaradacağını vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

Müxtəlif ölkələrdən nazirləri, yüksək vəzifəli şəxsləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən sammit insanların bacarıqlarının həyat boyu inkişaf etdirilməsi və potensialından səmərəli istifadə olunması məsələlərinə həsr olunub. Tədbir demoqrafik dəyişikliklər, rəqəmsallaşma və yaşıl iqtisadiyyata keçid fonunda bu sahədə təcrübə mübadiləsi üçün mühüm platforma kimi çıxış edir.
Sammit çərçivəsində “Formal təhsilin yenidən nəzərdən keçirilməsi – ömürboyu imkanlar üçün strategiyaların yenilənməsi”, “Yetkin şəxslərin bacarıqlarından istifadə – müxtəlif nəsillər üzrə işçi qüvvəsinin gücləndirilməsi” və “İstedadların üzə çıxarılması – diqqətdən kənarda qalan qrupların potensialından istifadə” mövzularında sessiyalar keçirilir.
Tədbir çərçivəsində Anar Əliyev Bolqarıstanın əmək və sosial siyasət naziri Hasan Ademov ilə görüşüb. Görüşdə iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Nazir həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə də görüş keçirib. Görüşdə təşkilata üzv ölkələr arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları