İlon Mask sosial platforması X üçün yeni maliyyə xidməti - X Money üzərində işləyir.
Xeberler.az Bloomberg-ə istinadən bildirir ki, X Money ABŞ-da aprel ayının sonuna qədər istifadəyə təqdim olunacaq. Platforma istifadəçilərə komissiyasız pul köçürmələri, bəzi alış-verişlərdə 3% keşbek və ən diqqətçəkən xüsusiyyət kimi - əmanətlərə 6% faiz təklif edəcək. Bu göstərici ABŞ bank sektorunda nadir hallarda rast gəlinir.
Xidmət artıq ABŞ-da məhdud istifadəçi qrupu üzərində sınaqdan keçirilib. Əlavə imkanlar arasında şəxsi maliyyəni idarə edən süni intellekt “konsyerj” və istifadəçinin X hesabı ilə əlaqəli fərdi identifikasiyaya malik metal Visa kartı da yer alır.
Bununla belə, layihənin qarşısında müəyyən maneələr var. X Money hələ bəzi ştatlarda, o cümlədən Nyu-Yorkda lazımi lisenziyaları əldə etməyib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları