Previous Next
Bağla

Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir

10-09-2015 11:18
Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir

Dünəndən etibarən Vergilər Nazirliyinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə əməkdaşlığı çərçivəsində Bakı şəhərində “Vergi üzrə Peşəkar Təlim və İnkişaf  Forumu” işinə başlayıb. 

Xeberler.az-ın məlumatına görə, ildə bir dəfə keçirilən IOTA-nın Təlim Forumu 10 ildən artıqdır ki mövcuddur və sonuncu belə Forum 2014-cü ilin 7-9 may tarixlərində Makedoniya Respublikasının paytaxtı Skopye şəhərində keçirilib.

IOTA-nın digər Forumlarından fərqli olaraq Təlim Forumu Vergi Administrasiyalarının dolayısı ilə bütün fəaliyyət istiqamətlərini əhatə edir.

Təlim Forumunun işinin təşkili məqsədilə yaradılmış Rəhbər Qrupunun tərkibinə onun fəaliyyətinə cəlb edilmiş üzv dövlətlərin mütəxəssisləri daxildir. Təlim Forumu 2015/2016-cı illərdə yeni başlıq altında - Vergi üzrə Peşəkar Təlim və İnkişaf  Forumu adı ilə fəaliyyətini davam etdirməkdədir.

Forumun prioritet sahələrinə elektron tədris və mobil tədris, smartfon, tablet və dizüstü kompüterlərdən istifadə, sosial tədris və sosial şəbəkələrdən istifadə, beynəlxalq müstəvidə əməkdaşlıq, akkreditasiya və vergi peşəkarlığı daxildir.

Forumun əsas məqsədi vergi orqanlarına təlim və insan resursları sahələrində təcrübə mübadiləsi aparmağa, yeni tendensiyaları və təlim strategiyalarına ümumi yanaşmaları müəyyən etməyə, eləcə də bu sahələrdə tətbiq edilən metod və texnologiyalar və onların təkmilləşdirilməsinin yolları barədə müzakirələr aparmağa şərait yaratmaqdır.

Azərbaycanın ev sahibliyi etdiyi Forumda IOTA-ya üzv 25 ölkədən 39 nümayəndə iştirak edib. Forumun ilk günü İsveç, Macarıstan, Niderland və İtaliya Vergi Administrasiyaları nümayəndələrinin təqdimatları nümayiş olunub.

Forum zamanı iştirakçıları təlimin səmərəliliyini qiymətləndirmək, məktəblərdə vergi təhsili ilə bağlı proqramların və layihələrin tətbiqini təhlil etmək imkanı əldə edəcəklər. Həmçinin, Forumda vebinarlardan (veb seminar) istifadə, virtual təlim, peşəkar tədris və inkişafa dair video təlimatlar kimi mühüm məsələlər müzakirə ediləcək.

Üç gün davam edəcək Forumun ilk və son günü Bakı şəhərində, ikinci günü isə Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində keçiriləcək.

 

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

18-06-2025

Vergilər Nazirliyi İKT sahəsində fəaliyyətini genişləndirir

11-08-2017

Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

10-03-2025

Vergilər naziri Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

30-10-2018

Nazirliyin elektron kitabxanası işə salınacaq

19-08-2015

IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırıb

19-06-2025

Nazirlik əməkdaşları üçün blokçeyn barədə təlim keçirilib

14-09-2017

Vergi sistemində “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq

16-11-2015

Dövlət Vergi Xidmətində Fərdi İnkişaf Portalı istifadəyə verilib

22-01-2024

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024

Mühasibatlıqda İKT-nin rolu müzakirə edilib-Foto

10-04-2017

2-ci Bakı Elektron Ticarət Forumu (BEF – 2019) davam edir

23-10-2019

Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

20-05-2016

1 şagird:1 kompüter layihəsi üzrə təlim keçirilib

02-12-2015

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

Vergiler.az saytının yeni rubrikası istifadəyə verilib

26-09-2019

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Təhsildə İKT-nin tətbiqi ilə bağlı təlim keçirilib

11-11-2015

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

14-10-2021

İKT təlimlər başlayıb

26-10-2017

Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə iştirak edir  

19-07-2022

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015

Biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün təlim keçirilib

18-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə