Previous Next
Bağla

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024 15:06
DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli IOTA-nın Roma şəhərində keçirilmiş 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib.

Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edən DVX rəisi vergi orqanları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində quruma üzv ölkələrin təşəbbüsləri, biznes mühitinin təkmilləşdirilməsi üçün təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Orxan Nəzərli elektron qaimə faktura sisteminin tətbiqinin yaratdığı üstünlüklər, rəqəmsal transformasiyanın vergi orqanlarında hesabatlılığın artırılmasına verdiyi töhfələr barədə danışıb və ölkəmizdə bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. Bundan əlavə, noyabr ayında Bakı şəhərində keçiriləcək COP29 tədbiri barədə konfrans iştirakçılarına məlumat verilib. Təşkilatın icraçı katibi Aliks Perrinyon IOTA-nın vergi administrasiyalarının səmərəli əməkdaşlığında rolu və üzv ölkələrin aktiv təmsilçiliyi barədə fikirlər səsləndirib. Aliks Perrinyon rəqəmsal hesabatın tətbiqini zəruri edən hallar və bu sahədə perspektivlər barədə məlumat verib.

Konfrans zamanı “Rəqəmsal Hesabatın Tətbiqi və Elektron faktura: Beynəlxalq Perspektiv” mövzusunda 8 sessiya keçirilib. Sessiyalar çərçivəsində biznes sahəsində rəqəmsal hesabatların tətbiqi öhdəliklərinin perspektivləri, vergidən yayınma ilə mübarizədə elektron mexanizmlərin effektivliyi, elektron qaimə-faktura əsasında rəqəmsal hesabat proseslərinin qiymətləndirilməsi mövzuları müzakirə edilib. Konfrans zamanı qeyd olunan məsələlərlə bağlı müxtəlif ölkələrin təcrübələri təqdim olunub və vergi orqanları ilə biznes arasında informasiya mübadiləsini artırmaq üçün müxtəlif yanaşmalar, rəqəmsal hesabatların və e-qaimə-fakturaların tətbiqi üzrə qlobal təcrübələr, texnologiya şirkətlərinin prosesdə iştirakı məsələləri, faktura məlumatlarının paylaşılmasına yanaşmalar diqqətdə saxlanılıb.

Tədbirdə DVX-nın rəis müavini Emil Qarayev “Elektron faktura və ƏDV ödəniş sistemi” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı ölkəmizin vergi sistemində ƏDV ekosisteminin rəqəmsal transformasiyası və elektron alətlər, o cümlədən ƏDV depozit hesabı, elektron hesab-faktura və e-qaimələrin tətbiqi barədə məlumat verilib, rəqəmsal vergi inzibatçılığında süni intellekt modullarından istifadə imkanları diqqətə çatdırılıb.

Tədbir çərçivəsində DVX rəisi, IOTA Prezidenti Orxan Nəzərli İtaliya Gəlir Agentliyinin nümayəndələri ilə görüşüb. Görüş zamanı İtaliya Gəlirlər Agentliyi ilə DVX arasında mövcud əməkdaşlıq məsələləri müzakirə edilib, əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

10-03-2025
IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

18-06-2025
IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırıb

IOTA-nın 29-cu Baş Assambleyası işini başa çatdırıb

19-06-2025
ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

18-02-2026
Vergilər naziri  Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

Vergilər naziri Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

30-10-2018
Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

07-01-2019
Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

15-02-2019
Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024
Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

11-08-2023
Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025
Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017
Dövlət Vergi Xidmətində yeni rəqəmsal xidmətlərlə bağlı dəyirmi masa keçirilib

Dövlət Vergi Xidmətində yeni rəqəmsal xidmətlərlə bağlı dəyirmi masa keçirilib

03-12-2024
Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

22-04-2025
 Qaimə-fakturalar elektronlaşdırılır

Qaimə-fakturalar elektronlaşdırılır

30-09-2016
Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019
Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018
Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017
İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

26-11-2024
"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025
Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023
Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir

Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir

10-09-2015
Elektron qaiməni necə ləğv etməli?

Elektron qaiməni necə ləğv etməli?

14-09-2017
DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

13-02-2025
Qazaxıstan Azərbaycanda vergi sisteminin  rəqəmsallaşması təcrübəsilə tanış olub

Qazaxıstan Azərbaycanda vergi sisteminin rəqəmsallaşması təcrübəsilə tanış olub

17-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə