“Virtual məktəb” layihəsi üzrə müəllimlərin qeydiyyatına start verilib

18-04-2020 / 20:11

Aprelin 18-dən etibarən “Virtual məktəb” portalında müəllimlər üçün açıq qeydiyyat imkanı yaradılıb.   

Xeberler.az bildirir ki, müəllimlər qeydiyyatdan keçmək üçün ilk mərhələdə “Virtual məktəb” portalında “Müəllim qeydiyyatı” bölməsini seçməli, şəxsiyyət vəsiqəsinin FİN kodu və doğum tarixini qeyd etməli, açılacaq növbəti səhifədə elektron poçt ünvanı və əlaqə nömrəsini əlavə etdikdən sonra isə siniflərin seçimini həyata keçirməlidir.  

Müəllimlər üçün “Virtual məktəb” portalında qeydiyyat könüllü xarakter daşıyır. 

Qeyd edək ki, layihə üzrə qeydiyyat yalnız virtual.edu.az portalı vasitəsilə aparılır. Hər hansı digər mənbə və ya formalarda aparılan qeydiyyatların “Virtual məktəb” layihəsi ilə əlaqəsi yoxdur. Müəllimlərdən şəxsi məlumatlarını digər mənbələrə ötürməmək tövsiyə olunur.

Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən müəllimlər hazırlanmış müvafiq təlimatlarla tanış ola bilərlər.

Nəzərinizə çatdıraq ki, "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün istifadəçilər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib, portalda qeydiyyatdan keçə bilərlər. 

Təlimatlar: 


Qeydiyyat üzrə təlimat

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə