Azərbaycan Gənclər Fondunun dəstəyi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “VolİnnovatiON” layihəsi çərçivəsində könüllülər “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində olublar.

Xeberler.az məlumat verir ki, layihə çərçivəsində “Innoland” İnkubasiya və Akselerasiya mərkəzi tərəfindən gənc könüllülərə “Startap nədir?”, “Startap və ənənəvi biznesin fərqi”, “Startap üçün ən önəmli 3 amil” mövzularında təlim keçirilib, bu barədə ətraflı məlumat verilib. Təlimlərdə 12 gənc iştirak edib.

Həmçinin gənclərə dünya startapları rəqəmlərdə və “Canvas” biznes modeli mövzularında məlumat verilib.

Daha sonra iştirakçılar startap ideyaları ilə bağlı “Canvas” əsasında biznes model hazırlayıblar.