Previous Next
Bağla

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018 16:01
Daha üç uğurlu startap ideyası qalib oldu

Xeberler.az bildiri ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlərdən biri kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı tərəfindən İdeyadan biznesə layihəsi çərçivəsində Bakı Avropa Liseyinin şagirdləri üçün məlumatlandırıcı təlim və startap müsabiqəsi keçirilib.
Təlimdə sözügedən liseyin müxtəlif sinif şagirdlərindən ibarət 50-dək məktəbli iştirak edib.

Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində keçirilən tədbir zamanı şagirlər ilk öncə Texnoparkda yaradılan biznes mühiti ilə tanış olub. Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli onlara İnkubasiya Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr, Texnoparkın rezidenti olan uğurlu startapçılar barədə ətraflı məlumat verib.

Daha sonra keçirilən təlim çərçivəsində məktəblilərə İdeyadan biznesə layihəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, orta məktəb şagirdləri də layihə çərçivəsində ayrı-ayrı ümumtəhsil müəssisələrində keçirilən təlim və müsabiqədə iştirak edə bilərlər.

Təlim startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edib. Tədbir çərçivəsində keçirilən interaktiv hissədən sonra məktəblilər arasında müsabiqə də keçirilib. Şagirdlərin ideyası ətrafında 6 komanda formalaşdırılıb. Komandaların təqdim etdiyi startap layihələri münsiflər tərəfindən qiymətləndirilib, rəy və təkliflər verilib.

Beləliklə, müsabiqədə I, II və III yerlərə müvafiq olaraq Multi Lang, Translator, Ekolocation komandaları layiq görülüb. Tədbirin yekununda qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, İdeyadan biznesə layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Microsoft şirkətinin təşkilatçılığı, Azercell şirkəti və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

Gəncədə İT üzrə təlimlər keçirilib

27-04-2018

İdeyadan Biznesə layihəsinin ilk düşərgəsi Şəkidə təşkil olunub

01-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə