"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və "Nextstep" İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Pre-inkubasiya" proqramı başlayır
Xeberler.az bildirir ki, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və "Nextstep" İnnovasiya Mərkəzi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin olunması, innovativ ideyaların inkişafı, stratap biliklərinin arıtırlması məqsədilə "Pre-inkubasiya" proqramına başlayır.
14 iyun - 2 sentyabr tarixləri ərzində baş tutacaq proqramın ilk mərhələsində startap təsisçilərinə müxtəlif sahələrdən olan mütəxəssislər mentorluq və kouçinq dəstəyi göstərəcək. Sonrakı mərhələdə proqram startapçılara ilkin biliklər verməklə yanaşı, işlək məhsulu (MVP) yaratmaq və satış prosesini qurmaqda kömək edəcək. Burada əsas məqsad ideyanı formalaşdırmaq və onu inkişaf etdirməkdir. Həmçinin proqrama qəbul olunan komandalar proqramın sonuna qədər öz ideyalarına əsaslanan biznes prototipinin hazırlanmasına nail olmalıdırlar.
"Pre-inkubasiya" proqramında komandalar aşağıdakı mövzular üzrə bilik əldə edəcəklər:
1. Biznes modelin hazırlanması və inkişafı;
2. Bazar araşdırması və müştəri problemlərinin yoxlanılması;
3. İlkin işlək məhsulun hazırlanması;
4. İnvestisiya və “Pitch day”.
İndiyə qədər "Pre-inkubasiya" proqramına müraciət etmiş 12 startapdan 5-i proqrama seçilib. Bunlar “Abyss”, “Legal”, “Auto Source”, “Utilix” və “Safavy” startaplarıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri