WhatsApp istifadəçilərinin əksəriyyəti mesajları tələsik göndərdikdə avtomatik dəyişmə funksiyasının düzgün işləməməsinə görə çətin vəziyyətə düşüb.
Bəzi messencerlərdə göndərilmiş mesajları silmək mümkün olsa da, bu, böyük tutumlu məlumatlar olduqda problem yaradır və onu yenidən yazmaq tələb olunur.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, tezliklə WhatsApp messencerində bu problem göndərilmiş məlumatların ləğv edilməsi və redaktə olunması funksiyası işə salındıqdan sonra aradan qaldırılacaq.
Belə ki, həmsöhbət məlumatı oxumadığı halda onun mövcudluğu barədə xəbəri olmayacaq və ya buraxılmış səhvi görməyəcək. Əvvəllər WhatsApp-da məlumatları yalnız onu göndərənin qurğusunda silmək mümkün idi.
Məlumata görə, istifadəçilər adi mətnli məlumatlarla yanaşı, göndərilmiş fotoşəkil və videoları silə və redaktə edə biləcəklər.
Hazırda beta versiya mərhələsində olan funksiyanın istifadəçilərin ixtiyarına nə vaxt veriləcəyi barədə məlumat verilmir.
Qeyd edək ki, WhatsApp dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyon dollara Facebook sosial şəbəkəsinə satılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri