WhatsApp-dan daha bir yenilik

20-09-2016 / 16:19

WhatsApp daha bir yeni xidmət təqdim edib.

Xeberler.az-ın məlumatına görə, artıq WhatsApp istəyib-istəməməyinizdən asılı olmayaraq bildiriş göndərəcək.

Məsələ, ola bilər ki, siz hansısa qrupa üzv olubsunuz və qrupda aparılan müzakirələrdən narahatsınız.  Buna görə də qrupu səssiz rejimə keçirib və bildiriş almaq hissəsini də deaktiv edibsiniz.

Amma şirkətin etdiyi bu yeniliklə artıq qrupda sizə aid olan söhbətə qoşula biləcəksiniz. Belə ki, artıq qrup üzvləri  sizi söhbət zamanı etiketləyəcək və  qrup bildirişləriniz qapalı olsa belə, xüsusilə bir bildiriş gələcək və mövzuya qoşula biləcəksiniz.

 

Günel


 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.