WhtasApp-ın iş prinsipi-Daha az iclas, daha səssiz ofis

15-04-2016 / 12:32

Facebook-un  F8 konfransında  çıxış edənlərdən biri də  WhatsApp-ın mühəndisi  Rick Reed olub.

Xeberler.az xarici mətbuata istinadən bilidirir ki, Reed çıxışında WhatsApp-ın şirkət dəyərləri haqqında önəmli məlumatlar paylaşıb.

1 milyard istifadəçi, 57 mühəndis

WhatsApp 2014 -cü ildə Facebook tərəfindən 9 milyard dollara satın alındığında 450 milyon istifadəçisi və 35 mühəndisi var idi.

 WhatsApp-ın yaradıcısı Jan Koum bu il, fevralın 1-də 1 milyard istifadəçiyə çatdıqlarını və 57 mühəndisinin olduğunu açıqlamışdı.

Rick Reed WhatsApp üçün hələ də  57 mühəndisin çalışdığını deyib.

Az mühəndis ilə  daha konkret və keyfiyyətli iş görmək

Reed deyib ki, WhatsApp az mühəndis ilə dəyərləndirməni daha yaxşı apara bilir.

Onun sözlərinə görə, işçilər üçün növbəti vacib məsələ diqqəti yönəltməkdir.

Reed digər mesajlaşma proqramlarının daha çox fərqli özəlliklərə yer ayırdığını,  WhatsApp-ın isə  bu məsələdə daha sadə və güvənilir, uzunömürlü tətbiq yaratmağa meyilli olduğunu vurğulayıb.

Daha az  iclas, daha səssiz ofis

WhatsApp-ın dəyərlərindən biri də iclas etməməkdir.

Reed daha çox kiçik layihə qrupları ilə müxtəlif söhbət proqramlarından istifadə edərək səssiz ofisdə işləməyi üstün tutduqlarını deyib.

WhatsApp-dan əvvəl 12 il Yahoo-da  çalışan Reed bu dəyərləri qorumaq və doğru istiqamətə yönəlmək üçün çox çalışdıqlarını vurğulayıb.

Reed deyir ki, WhatsApp əlindəki gücü doğru şəkildə istifadə etmək üçün çox diqqəti formada plan hazırlayır və mənbələrə dayanaraq paylaşım edir. 

Rick Reed WhatsApp-ın mediaya yaxın olmadığını, konfranslardan qaçdığı məlumatını da paylaşıb.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə