WibeMe musiqi şəbəkəsi istifadəyə verildi-Foto

13-04-2016 / 22:36

Yerli startapımız WibeMe musiqi şəbəkəsi ilk beta veb versiyasını istifadəyə verdi.

Bu barədə Xeberler.az-a layihə komandasından məlumat verilib.

Qeyd edilib ki, artıq platformada qeydiyyatdan keçib zövqünüzə uyğun musiqilər seçib, paylaşa bilərsiniz.

Hazırd WibeMe sistemində 7000 musiqi və 200  müğənni var.

Layihədən verilən məlumata görə, WibeMe beta mərhələsində olduğu üçün istifadəçilər platformada bəzi problemlərlə qarşlışa bilər:

“Platformada hər hansı problemlə qarşılaşsaz, problem haqqında yazıb səhifəmizin "Mesaj bölümünə göndərin. Xeyli vaxtdır ki, daha yaxşı platforma təqdim etmək istiqamətində ciddi çalışırıq.  İlin sonuna qədər hədəfimiz musiqi və müğənnilərin sayını daha da artırmaqdır”.

Məlumatda WibeMe-dən istifadə ilə bağlı bəzi təlimatlar da qeyd edilib:

"Platformada  player-in irəli-geri funksiyası hazırda hazırlanma prosesindədir Bütün istifadəçilər üçün şəbəkə 1 aylıq pulsuzdur. Digər aylarda aktiv istifadəçilərimizə pulsuz etməyi nəzərdə tuturuq. Hər bir musiqiçinin bütün musiqiləri sistemə daxil edilməyib və partnyor musiqi şikətlərinin əməkdaşları hazırda bu iş üzərində işləyir. Profil və Cover şəklinizi daxil edərkən .png formatından istifadə etməyin”.

Wibeme layihəsi Startap Günləri və Startap Azərbaycan-da aktiv iştirak edib, uğur qazanan layihələrdəndir. 

Layihə barədə daha ətraflı ötən yazımızdan məlumat əldə bilərsiniz.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə