Previous Next
Bağla

Startap Günlərinin qalib layihəsi fəaliyyətə başladı

25-12-2015 15:25
Startap Günlərinin qalib layihəsi   fəaliyyətə başladı

Bu gündən Musicbeez sosial şəbəkəsində yeni layihə  başlayıb.

Xeberler.az-ın məlumatın görə,  bu layihə musiqi dinləyicilərinə sevdikləri mahnını digər məşhur müğənninin ifasında eşitmək imkanı yaradır.

Musicbeez-də baş tutan layihənin ilk  iştirakçısı Dilarə Kazımovadır.

Belə ki, platformada  dinləyicilərə Dilarə Kazımova  tərəfindən seçilmiş və səsvermədən sonra müğənninin öz üslubunda ifa olunacaq üç mahnıdan birinə səs vermək imkanı yaradılıb.

Səsverməyə 3 mahnı təqdim olunub- Lana Del Rey – Gods And Monsters, Qaya qrupu – Bəlkə də , Adele – Hello.

Nəticədə ən çox səs toplamış mahnı Dilarə Kazımova tərəfindən səsvermədə iştirak etmiş dinləyicilər üçün ifa olunacaq.

Qeyd edək ki, səsvermə 2016-cı il yanvarın 31-ə kimi davam edəcək. Buradan istədiyiniz musiqiyə səs verə bilərsiniz.

Dilarə Kazımova  layihə ilə bağlı bildirib ki, Musicbeez musiqi sənayesinin inkişafı üçün çalışan yaradıcı  gənclərdən  ibarət yeni bir komanda deməkdir . O, bu layihədə  iştirak etdiyi üçün şad olduğunu deyib.

Dilarə Kazımovanın iştirakı ilə baş tutan bu layihə Musicbeez-də debüt layihədir. Bu növ layihələrin digər Azərbaycan və əcnəbi müğənnilərin iştirakı ilə də baş tutacağı gözlənilir.

Qeyd edək ki,  əgər dinləyicilər hər hansı digər mahnını Dilarə Kazımovanın ifasında eşitmək istəyirlərsə, Musicbeez-də mahnının və orijinal müğənninin adını qeyd edərək Dilarəyə  Kazımovaya öz istəklərini ünvanlaya bilərlər. Saytda qeydiyyatdan keçmiş Dilarə Kazımova ona ünvanlanmış və saytın istifadəçiləri tərəfindən kifayət qədər dəstək toplamış istəkləri yerinə yetirməyə çalışacaq.

Musicbeez dinləyicilərə istədikləri mahnını sevdikləri müğənninin ifasında eşitmək üçün unikal imkan yaradan sosial şəbəkədir.

Musicbeez startap layihəsi bu il keçirilən Startap Günləri 2015-in qalibi olub. 

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Musicbeez ilk layihəsini təqdim etdi- Video

21-04-2016

Tünzalə Ağayeva Musicbeez-də

24-02-2016

Startap Günlərinin qalib layihəsi - MusicBeez

10-11-2015

Startapçılarımız beynəlxalq seminarda iştirak edir

27-11-2015

“Bakutel-2013” startapçılar üçün geniş platforma oldu

06-12-2013

On-line səsvermə sabah dayandırılacaq

21-12-2010

Startap Günləri 2015-in qalibləri elan olundu

08-11-2015

Startapımız qlobal yarışmada uğur qazanıb

13-05-2015

İntellektual startap çempionatı başlayıb

06-10-2017

Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

23-09-2024

Azercell «Eurovision 2009»-da Ermənistana səs göndərənlərin siyahısını MTN-ə veribmi?

14-08-2009

Onlayn-radio - Screamer Radio 0.4.3 yeni versiyada

23-10-2008

Azərbaycanlı startapçı Obama ilə görüşə bilər

16-06-2015

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

Azərbaycan startapı beynəlxalq müsabiqədə iştirak edir

18-03-2016

Startapçılar qlobal müsabiqənin yarımfinalında iştirak edəcək

31-05-2017

"Avroviziya 2023" mahnı müsabiqəsinin səsvermə qaydaları dəyişib

23-11-2022

Startap Günlərinin yekun tədbir tarixi açıqlanıb

18-07-2019

WibeMe musiqi şəbəkəsi istifadəyə verildi-Foto

13-04-2016

"Yandex Plus"u artıq Azərbaycanda istifadə etmək mümkündür

19-03-2021

Andorid telefonlar üçün ən yaxşı musiqi yükləmə proqramları

30-01-2016

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

Fərdiləşdirilmiş musiqi proqramı: MixRadio

22-05-2015

Startaplar 25 min dollar uğrunda yarışacaq

13-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə