Xeberler.az olaraq bu il Startap Azərbaycan müsabiqəsində iddiaçı olan layihələrlə bağlı yazıları davam etdiririk.
Bundan öncə Allrent , Təbii. AL, GoTrip.az, WebCamTV.WebCam Edu-Map.org startapları barədə məlumat vermişdik.
Startap Azərbaycan-da qeydiyyatdan keçən bəzi layihələri isə startap ekosistemindən daha yaxından tanıyırıq.
Xeberler.az-da bu layihələr barədə mütəmadi məlumatlar yayımlamışıq.
Bu layihələr hamımıza tanış olduğu üçün bu startaplar barədə qısa məlumat təqdim edirik:
Startap Azərbaycan 2016-da qeydiyyatdan keçən layihələrdən biri də Braille Pad layihəsidir.
Braille Pad ilə görmə qabiliyyətini itirmiş şəxslər öz əlifbaları ilə - Braille əlifbası ilə istədikləri mətni sürətli və rahat şəkildə yaza, yazılan mətnləri oxuya biləcək.
Braille Pad ilə hədəf kütləsinə daxil olan insanlar bütün saytlara, o cümlədən sosial şəbəkələrə daxil ola, yazılan yazıları, xəbərləri və s. oxuya biləcək. Bununla yanaşı şəxsi bloqlarını yarada, öz yazılarını və ya fikirlərini paylaşa, mesajlaşa biləcəklər.
Braille Pad –ın CEO və təsisçisi BethClip layihəsindən də tanıdığımız Rəşid Əliyevdir.
Daha ətraflı burada.
Müsabiqədə qeydiyyatdan keçən digər layihə isə FoodLook-dur.
FoodLook inqridientlər üzrə yeməklərin axtarışı imkanını verir.
Layihəni yaratmaqda məqsəd restoranların təklif etdikləri yeməkləri bir platformada toplamaqdır.
Yəni, restoran yox, yeməklər üzrə məlumat bazası yaradılıb. Bakıda olan bir çox restoranın menyusunu tətbiqə yerləşdirilib.
FoodLook-un CEO və təsisçisi Fərid Şükürovdur.
Layihə barədə daha ətraflı burada.
USTAM layihəsi sə bu Startap Azərbaycan-da iddiaçılar arasındadır.
Ustam İKT avadanlıqları və digər məişət texnologiyalarının təmirini sürətli və sərfəli həyata keçirir.
İstifadədən çıxmış əşyalar Ustam-ın operativ ustaları tərəfindən təmir edilir.
Xidmət həm sayt, həm də mobil tətbiqlər üzərindən həyata keçirilir.
Layihənin CEO və təsisçisi Murad Həsənzadədir.
Ustam barədə daha ətraflı burada.
WibeMe layihəsinin də müsabiqədə qeydiyyatı təsdiqlənib.
WibeMe bir musiqi şəbəkəsidir. Həm sosial şəbəkə, həm də müğənniləri bir araya toplayan şəbəkədir. İstifadəçilər platformada musiqiləri daha rahat əldə edə bilir.
Qeyd edək ki, yaxınlarda layihə artıq fəaliyyətə başladı. WibeMe-nin CEO və təsisçisi Həmzə Hüseynlidir.
Layihə barədə daha ətraflı burada.
YOL Sosial Şəbəkəsi də Startap Azərbaycan iddiçılar arasındadır.
YOL Azərbaycanın yol hərəkəti iştirakçıları üçün nəzərdə tutulan milli mobil sosial-kommersiya şəbəkəsidir.
Belə ki, layihənin əsas məqsədi sürücülərlə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı üzrə təcili əlaqə imkanının, yol hərəkəti iştirakçılarının tematik sosial ünsiyyəti və qarşılıqlı yardımı üçün mobil meydançanın, profilli kommersiya üçün effektiv instrumentlərin, profilli reklam üçün yeni imkanların yaradılmasıdır.
Layihənin CEO və təsisçisi isə Samir Muxtarzadədir.
Layihə barədə daha ətraflı burada.
Müsabiqədə iştirak edən layihələrdən biri də QReact-dır.
QReact müştərilərin istifadə etdikləri xidmət, məhsullarla bağlı rəylərini bildirmələrinə imkan yaradan yeni onlayn platformadır.
Azərbaycanda yaradılan QReact startap layihəsi müştərilərdən feedback (rəy) almağın ən müasir yolunu təqdim edir.
Layihənin rəhbəri Ziya Əskərovdur.
QReact barədə daha ətraflı burada.
Satıcı və müştərinin bir-birini tapmasına kömək edən platforma- Businesset də bu il Startap Azərbaycan-da iştirak edir.
Qlobal topdan və pərakəndə alqı-satqı platforması olan Businesset startap layihəsi bir müddət öncə fəaliyyətə başlayıb.
Layihənin azərbaycanlı ortağı Şahruz Həsənzadədir.
Businesset barədə daha ətraflı burada.
Qeyd edək ki, bu günə qədər Startap Azərbaycan 2016-da 16 layihə qeydiyyatdan keçib. Qeydiyyat aprel ayının sonunadək davam edəcək.
Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.
Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri