Previous Next
Bağla

Windows 10 Creators Update yenilənməsi təqdim ediləcək

10-04-2017 15:30
Windows 10 Creators Update yenilənməsi təqdim ediləcək

Aprelin 11-dən etibarən bütün dünya istifadəçiləri Windows 10 Creators Update yenilənməsini pulsuz əldə edə biləcəklər.

Xeberler.az-ın məlumatına görə, bütün istifadəçiləri yeni imkanlarla daha yaxşı təmin etmək məqsədilə yenilənmə tədricən və növbəli şəkildə quraşdırılacaq.

Yaradıcı alətlərlə yanaşı yenilənmədə Microsoft Edge-in yeni funksiyaları, təhlükəsizliyin və məxfiliyin idarə edilməsi üzrə əlavə imkanlar və s. yer alıb.

Creators Update 3D texnologiyası və qarışıq reallıqdan istifadə edib, həmçinin hər bir oyunçuya strimer olmaq imkanını verərək istifadəçilərin potensialını açmaq və onları yaradıcılığa ilhamlandırmaq məqsədilə hazırlanıb. 

Creators Update-də yer almış yeni “Paint 3D” əlavəsi asanlıqla 3D-obyektlər yaratmağa, rəngləri dəyişməyə, tekstura əlavə etməyə, 2D-obyektləri 3D-obyektə dəyişməyə imkan verir.

Gözləntilərə əsasən, 2020-ci ildə 3D sənayesinin həcmi 62% artacaq, məhz bu səbəbdən Microsoft  korporasiyası “Creators Update” vasitəsilə hər bir istifadəçiyə həcmli obyektlər hazırlayıb, 3D aləminə toxunmaq şansı yaratmaq niyyətindədir.

Windows 10 Creators Update yenilənməsi Windows 10 və Xbox One da oyun oynamaq, qarşılıqlı əlaqə qurmaq, təəssüratlarla bölüşmək və oyunlardan həzz almaq kimi imkanlar yaradır.

Yaradıcı insanlar “Beam” vasitəsilə heç bir əlavə proqram təminatı və avadanlıq əldə etməyərək oyun strimlərini yayımlamaq və real vaxt rejimində qrupla qarşılıqlı əlaqə qura bilirlər (“Beam”in translyasiyası zamanı yubanma 1 saniyədən az təşkil edir). “Beam” vasitəsilə nəinki oyunların yayımını izləmək, həmçinin ünsiyyət qurmaq, prosesdə iştirak etmək və yeni qaydada strimer və qrupla qarşılıqlı əlaqə yaratmaq mümkündür.

Microsoft Edge əlavəsi Windows Store-da kitab oxumaq üçün yaradılıb. Bu gün İnternet məkanında bir çox təhlükəsizlik təhdidi mövcuddur. Microsoft Edge  əlavəsi Chrome-a nisbətən fişinq saytlarını 9%, zərərverici proqram təminatını isə 13% çox blok edir və bununla da istifadəçilərin şəxsi məlumatlarını qoruyur. Google şirkətinin apardığı fərdi sınaqların nəticələrinə əsasən, Microsoft Edge əlavəsi Chrome-dan daha sürətli işləyir.

Creators Update yenilənməsində yeni funksiyalar yaranacaq, o cümlədən istifadəçilərə səhifəni tərk etmədən qoşmaların tapılmasında, quruluşunda və açılmasında yardımçı olacaq qoşmaların idarə edilməsinin təkmilləşdirilmiş imkanları yer alacaq.

Ümumiyyətlə, Windows 10 Creators Update-də istifadəçilərin xahişini nəzərə alaraq bir çox funksiyalar əlavə olunacaq ki, onların saırasında ekranın göy rəngini azaldan “night light” gecəgörmə rejimi, parallel olaraq seriala baxmaq, Skype-la danışmaq və ya musiqiyə qulaq asmaq imkanını yaradan “mini view” tamaşaetmə rejimi, ekran vaxtının seanslarının davamlılığını məhdudlaşdıracaq və bununla da valideynlər uşaqlarının kompüter arxasında nə qədər vaxt keçirməsini idarə edə biləcək funksiya və s.

Windows 10 Creators Update-də təhlükəsizliyin monitorinqi üçün yeni servis də yaradılacaq – “Windows Defender” Təhlükəsizlik Mərkəzi (“Windows Defender Security Center”).

Vahid idarə etmə paneli bir ekran vasitəsilə bütün təhlükəsizlik funksiyalarına nəzarət etmək imkanı verəcək – antivirus, fayervol və şəbəkə mühafizəsindən qurğunun vəziyyəti və məhsuldarlığı, əlavələrin və brauzerin təhlükəsizliyinin, həmçinin ailə təhlükəsizlik funksiyalarının idarə olunmasınadək.

Korporativ müştərilər üçün Creators Update-də daim yeni alətlər və imkanlar yaradılır ki, bunların vasitəsilə İT şöbənin işini asanlaşdırmaq, yeni proqram təminatının tətbiqini, idarəetməni və Windows 10-la işləyən qurğuların dəstəklənməsini sadələşdirmək və təhlükəsizlik təhdidlərinin qarşısını almaq mümkündür.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Windows 10-da məlumatlara giriş üçün icazə tələb olunacaq

18-09-2017

Windows 10-nun yeni versiyası təqdim edildi

25-10-2017

Windows 10 kompüteri avtomatik bağlayacaq

13-01-2017

Windows 10 yeniləndi-Detallar

10-05-2018

Microsoft Bakıda ən yeni cihazlarını təqdim edib

30-10-2017

Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015

Windows 10 əməliyyat sistemində 20 illik boşluq tapılıb

05-08-2016

Bill Qeytsin böyük səhvi milyardlarla dollara başa gəlib

25-06-2019

"Microsoft"un yay saatına keçid üçün yeniliyi

25-03-2011

Windows 8 artıq yenilənməyəcək

14-01-2016

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017

Microsoft-un proqram təminatındakı boşluqların sayı açıqlandı

20-02-2018

Windows 10 ilə işləyən aktiv cihaz sayı 200 milyonu keçdi

05-01-2016

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025

Microsoft rəsmən Windows Server 2016-nı təqdim edib

17-10-2016

“Windows Phone 7”nin ilk yenilənməsi buraxılıb

23-02-2011

Azərbaycanda Windows istifadəçilərinin nəzərinə

26-10-2016

Hansı saytlar kompüterə virus salır?-Hesabat

04-10-2017

“Microsoft Office 2016 ”dan necə istifadə etmək olar?

23-09-2015

Windows 10 İnternetin sürətini zəiflədə bilər

30-07-2015

Nazirlik Microsoft istifadəçilərinə müraciət edib

15-04-2017

Microsoft Windows 10-nun dizaynını dəyişir

25-02-2017

Office 2007 SP2 bu ay yenilənəcək

15-04-2009

Microsoft: Bu kompüterlər zəifləyəcək

10-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə