Previous Next
Bağla

Windows 10 yeniləndi-Detallar

10-05-2018 16:22
Windows 10 yeniləndi-Detallar

Microsoft korporasitası vaxtın səmərəli idarə ediləməsinə yönləndirilmiş pulsuz “Windows 10 April 2018 Update” yeniləmələrini təqdib edib.

Xeberler.az məlumat verir ki, yeni alətlər kompüterdə məlumatın axtarışını sadələşdirir, diqqəti əsas şeyə cəmləşdirir və ağıllı evi səsli idarə etməyə kömək edir.

Windows 10 üçün yeniləmələri yüklədikdə istifadəçilər lazımi faylların sürətli axtarışı üçün “Timeline” funksiyasını, iş fəaliyyətindən yayındıran bildirişlərin dayandırılması üçün Focus Asist alətini, həmçinin qeydlər üçün “Dictation” opsiyasını tətbiq edə bilərlər. Yeniləmələr Microsoft Edge brauzeri və Cortana səs köməkçisinə aiddir.

“Windows 10-un ilk buraxılışından indiyədək biz, hər bir istifadəçinin yaradıcılıq potensialını üzə çıxarmasına imkan yaradan yeniləmələr buraxmışıq. “Windows 10 April 2018 Update”in genişmiqyaslı yeniləməsi istifadəçilərə ən əsas dəyərlərdən biri olan zamanı qaytarmaq üçün yaradılıb. İstəyirik ki, onların yaradıcılıq, iş və əyləncə kimi vacib məsələlərə daha çox zamanları olsun", - deyə Windows və Devices Group bölmələrinin korporativ vitse-prezidenti Yusuf Mehdi bildirib.

Timeline” yeniləməsi - lazımi faylları son dəfə açıldığı vaxtdan asılı olmayaraq asanlıqla tapmağa kömək edir. “Timeline” funksiyasından istifadə edərək istifadəçi tərəfindən iOS və ya Android əməliyyat sistemli mobil cihazlarda Microsoft Edge və ya Office 365-də həyata keçirilən fəaliyyəti fərdi kompüterdə bərpa etmək mümkündür.

Focus Assist” aləti poçt və sosial şəbəkə bildirişlərini dayandırır, bununla da, iş fəaliyyətinə cəmləşdirməyə imkan yaradır. Ehtiyac yarandığı halda sözügedən funksiyanın gün ərzində müəyyən saatda avtomatik işə düşməsini proqramlaşdırmaq olar. İşi yekunlaşdırandan sonra istifadəçi buraxdığı bütün bildirişləri, elektron məkubları və yeniləmələri alır. “Focus Assist”də lazımi ünvandan gələcək məktub və ya zəngləri almaq üçün isitisnalar siyahısı tərtib etmək mümkündür.

Dictation” funksiyası səsdən istifadə edərək qeydlər aparmaq və sənədlər tərtib etmək imkanı verir. Bunun üçün Windows 10 proqram və ya əlavəsində kursoru mətn yerinə gətirib, “Win+H” kombinasiyasını basıb, danışmağa başlamaq gərəkdir.

Microsoft Edge-də yeniləmələrin buraxılışı ilə içliklərdə səsi azaldıb-çoxaltmaq, həmçinin fikiri yayındırmamaq üçün kitabları, PDF-faylları və “Reading View” səhifələrini tam ekran rejiminə keçirmək olar. Avtomatik doldurma funksiyası internet-mağazalarında sifarişi rəsmiləşdirmək üçün elektron ünvanı, ödəniş və digər məlumatları yadda saxlamağa imkan verir. Eyni zamanda, çap üçün veb-səhifələrdən artıq mətni silən funksiya da istifadəyə verilib. Mütaliə zamanı çətinlik çəkən istifadəçilər üçün “Grammar Tools” düyməsi yaradılıb ki, o, sözləri hecalara bölür və müxtəlif nitq hissələrini qeyd edir: isim, fel və sifət.

Yenilənmiş səs köməkçisi olan Cortana vasitəsilə istifadəçi ağıllı ev sistemini birbaşa kompüterdən idarə edə bilir. Belə ki, evdən kənarda olarkən isitmə sistemini qoşmaq üçün Cortana-ya müvafiq komandanı vermək kifayətdir. Bu funksiya “Ecobee”, “Honeywell”, “Nest Learning” və digər termostatlarla işləyir.

“April 2018 Update” yenilənməsinə korporativ istifadəçilər üçün informasiya texnologiyalarının sadələşdirilmiş idarəetmə funksiyası, fotoşəkillərlə işləmək üçün yeni imkanlar, 3D və “Windows Mixed Reality”, həmçinin onlayn rejimdə təhlükəsizliyin təmin edilməsi üçün yeni üsullar və geyminq üçün təkmilləşdirilmiş funksiyalar daxildir.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015

Windows 10 İnternetin sürətini zəiflədə bilər

30-07-2015

Windows 10 kompüteri avtomatik bağlayacaq

13-01-2017

Windows 10 Creators Update yenilənməsi təqdim ediləcək

10-04-2017

Windows 10-nun yeni versiyası təqdim edildi

25-10-2017

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025

Kompüterlərin 60 faizdən çoxu Windows 10 ilə işləyəcək

09-12-2015

Microsoft “Windows 10” əməliyyat sistemini təqdim edib

23-01-2015

“Microsoft Office 2016 ”dan necə istifadə etmək olar?

23-09-2015

Windows 10 ilə işləyən aktiv cihaz sayı 200 milyonu keçdi

05-01-2016

Windows 8 artıq yenilənməyəcək

14-01-2016

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017

Windows 10 sistemi Android əlavələrini dəstəkləməyə başlayıb

04-10-2018

Microsoft Azərbaycan biznes-məhsullarının qiymətini endirdi

02-12-2015

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010

Microsoft yeni funksiyanı istifadəyə verdi

15-08-2018

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008

Microsoft Edge brauzerinə yeni rejim əlavə edib

27-10-2025

Microsoft-dan Windows 10 ilə bağlı açıqlama

21-07-2015

Office 365 istifadəçi interfeysində yeniliklər edilib

25-06-2018

HTC One M8 Windows 10-a keçiriləcək

15-04-2015

Windows 8 istifadəçilərinin yarısını itirdi

25-05-2015

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə