Microsoft korporasiyası iyulun 1-dən etibarən köhnə əlavələrə xidmətin göstərilməsini dayandıracaq. Bu siyahıya Windows Phone 8 və ya Windows Phone 8.1, Windows RT, sistemləri ilə işləyən Skype əlavəsi, Windows 10 Mobile üçün proqram məlumatları daxildir.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, hazırda korporasiya Skype-ın P2P platformasına qaytarılması üzərində çalışır. Bu, tam keçid olacaq. Əlavələrin dəstəklənməsinin dayandırılması ilə bağlı Microsoft istifadəçilərə müvafiq bildirişlər göndərməyə başlayıb.
Məlumata görə, elan sürpriz olmamalıdır, çünki korporasiya ötən il yuxarıda qeyd edilən platformaların dəstəklənməsinin başa çatmasını açıqlayıb. İyulun 1-dən sonra bu əlavələrdən istifadə zamanı bir neçə variant qalacaq: internet brauzerindən istifadə mümkün olmadıqda internet Skype proqramından yararlanmaq olar. Lakin platformaya daxil olmaq üçün yeni avadanlıq tələb olunacaq.
Aktiv Microsoft istifadəçilərini nəzərə almaqla belə qənaətə gəlmək olar ki, platformaların istifadəçi bazası çox azdır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri