Previous Next
Bağla

Microsoft və Yandex əməkdaşlıq edəcək

13-10-2015 16:39
Microsoft və Yandex əməkdaşlıq edəcək

Microsoft korporasiyası və Rusiyanın Yandex internet şirkəti Windows 10 əməliyyat sisteminin inteqrasiya edilmiş Yandex axtarış sistemi ilə birgə istifadəçilərə təqdim olunmasını nəzərdə tutan strateji əməkdaşlıq barədə elan edib.

Xeberler.az bildirir ki, razılığa əsasən Rusiya, Belarus, Qazaxıstan, Ukrayna, Türkiyə və bir sıra digər ölkələrdən olan istifadəçilər Yandex axtarış sisteminin quraşdırıldığı Windows 10-a asanlıqla keçid imkanı veriləcək. Yenilənmədə Yandex Windows 10 platformasında çalışan cihazlarda Microsoft brauzerlərinə – Microsoft Edge və Internet Explorer tətbiqlərində inteqrasiya edilmiş ilkin axtarış sistemi və başlanğıc səhifəsi olacaq.

Şirkətlər arasındakı razılaşmaya əsasən, Windows 10 cihazlarında Microsoft qeyd olunmuş ölkələrin istifadəçilərinə vərdiş etdikləri brauzer və Yandex axtarış xidməti ilə işləmək imkanı təklif edəcək. Xatırladaq ki, Windows 10 əməliyyat sistemi Windows 7 və Windows 8-in lisenziyalı versiyalarının bütün istifadəçilərinə yeni ƏS-nin təqdimatından etibarən bir il ərzində pulsuz şəkildə təqdim olunur.

Razılaşma həm də Yandex-in xüsusi yaradılmış səhifədə əməkdaşlığın şamil edildiyi ölkə istifadəçilərinə Windows 10 sisteminin üstünlükləri barədə danışması və onun imkanlarının nümayişini nəzərdə tutur. Bundan əlavə Yandex sözügedən səhifədə Windows 10 əməliyyat sisteminin rəsmi versiyasını yükləyib quraşdırmağı təklif edəcək.

“Biz Windows 10 platformasının dünyada istənilən istifadəçinin bəyənəcəyi imkanlarının təqdim olunması prinsiplərinə sadiq qalırıq. Bu hədəfə nail olma vasitələrindən biri regional amilləri nəzərə alan xidmətlərin təklif olunmasıdır. Microsoft və Yandex şirkətlərini uzunmüddətli məhsuldar tərəfdaşlıq əlaqələri birləşdirir. Hazırda Yandex axtarış xidməti bu ölkələrin bazarlarında mobil platformamız olan Windows Phone sisteminə inteqrasiya edilib. Hazırda isə regionda Yandex axtarış sistemini bütünlüklə Windows 10 ekosisteminə tətbiqini planlaşdırırıq», - deyə Microsoft korporasiyasının Windows və Cihazlar bölməsinin icraçı vitse-prezidenti Terri Meyson qeyd edib.

«Windows 10 artıq müvəffəqiyyətli olduğunu sübut edib və Microsoft-un güclü lokal tərtibatçılarla əməkdaşlığa hazır olması sayəsində böyük potensial nümayiş etdirib. Yeni razılaşmalar məhsullarımızın keyfiyyətini sübut edən uzunmüddətli əməkdaşlıq əlaqələrinin qanunauyğun inkişafının nəticəsidir», - deyə Yandex-in baş direktoru Arkadi Voloj bildirib.

Əməkdaşlığa əsasən, Yandex istifadəçilərə informasiya axtarışı, naviqasiya, musiqi dinlənilməsi, taksi sifarişi, xəritə və digər məhsulların axtarışı üçün universal Windows tətbiqlərini təklif edəcək.

Windows 10 əməliyyat sistemi bütün dünya üzrə istifadəçilərə 29 iyul 2015-ci il tarixindən etibarən təqdim olunub.

 

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009

Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənilir

22-10-2009

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008

Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

01-02-2011

Windows 8 istifadəçilərinin yarısını itirdi

25-05-2015

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008

Windows 7 bu ilin sonunda nümayiş olunacaq

19-09-2008

"Windows 11"in buraxılacağı tarix açıqlanıb

29-06-2021

“Windows Phone 7”nin təqdim olunacağı vaxt açıqlandı

06-10-2010

Windows 8 artıq yenilənməyəcək

14-01-2016

Microsoft BakuTel-2009-da Windows 7-nin Azərbaycan dillində versiyasını təqdim edib

04-11-2009

“Windows Phone 7”nin ilk yenilənməsi buraxılıb

23-02-2011

Yandex mobil təhlil sistemini istifadəyə verir

22-10-2013

Microsoft şagirdlər üçün endirim edir

21-09-2009

Yandex.Mail yeniləndi

04-04-2015

Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

22-10-2009

Windows XP azı 2010-cu ilə qədər yaşayacaq

19-01-2009

Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015

Windows 10 ilə işləyən aktiv cihaz sayı 200 milyonu keçdi

05-01-2016

Windows 10 RTM versiyasının hazırlıqları başa çatır

13-07-2015

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə