Microsoft, yeni əməliyyat sistemi olan Windows 10-u bir müddətdir inkişaf etdirir. Pulsuz yüksəltmə əməliyyatı ilə gələcək olan yeni əməliyyat sistemi hər nə qədər milyonlarla insan tərəfindən yoxlanılsada neçə fərqli versiyanın çıxacağı kimi mövzular hələ də təsdiqini tapmayıb. Versiyalar haqqında məlumat verməyən Microsoft, yeni bir marka qeyd edərək, Windows 365 markasının sahibi oldu.
Hər kəs Windows 10 adını mənimsəyərkən, Microsoftun birdən Windows 365 adında yeni bir Windows versiyasının daha bazara sürəcəyini düşünmürdü. Microsoftun digər proqram məhsullarında da istifadə etdiyi 365, daha əvvəl Office paketinin aylıq və ya illik üzvlük əsaslı versiyasında da istifadə edilmişdi. Windows istifadəçiləri, aylıq və ya semestrlik üzvü, tək bir səfərdə lisenziya haqqını ödəyib istədikləri kimi əməliyyat sistemini istifadə edəcəkləri hələki məlum deyil.
Microsoftun Windows 365 markasını qeydiyyatdan keçirməsinin arxasında ticarət səbəbləri də ola bilər. Çünki nəhəng şirkət, daha əvvəl SkyDrive adlı bulud xidmətinin ad haqqı iddiasını itirdiyi üçün dəyişdirmək məcburiyyətində qalıb, OneDrive etmişdi. İrəlidə Windows 365 ad haqqını başqa bir firmanın qeydə etməsini maneə törətmək üçün də bu əməliyyat edilmiş ola bilər. İstifadəçilərin bu cür gözləməməliləri üçün, Microsoftun tezliklə, Windows 10-un qiymət və versiyası haqqında məlumatlarını gözləyirik.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri