Previous Next
Bağla

Xarizmatik lider olmaq istəyənlərə şans: Merle Runqe Bakıya gəlir

09-04-2015 12:43
Xarizmatik lider olmaq istəyənlərə şans: Merle Runqe Bakıya gəlir

AzPMA-nın dəvəti ilə Almaniyada mədəniyyətlər arası mühitdə layihələrin idarəedilməsi üzrə 20-illik təcrübəyə malik Merle Runqe Bakıya təşrif buyuracaq.

Xəbərlər-in məlumatına görə, Merle Runge aprelin 28-30-da  müasir dünyadakı iş sisteminə (World Work) əsaslanan «Xarizmatik layihə liderliyini inkişaf etdir» mövzusunda unikal beynəlxalq workshop-təlimp roqramını təqdim edəcək.

Təlim zamanı əldə edilən təcrübə biznesin bütün sferalarında tətbiq oluna bilər.

AzPMA-nın prezidenti, texniki elmlər doktoru, professor İqbal Babayev Merle Runqenin Bakıya dəvət olunmasından danışıb. O, qeyd edib ki, bazarda yeni innovasiyalar yarandıqda menecerlər adətən problemlərlə qarşılaşmalı olur ki, bu da öz növbəsində, komandanın motivasiya ruhu və uğuruna inamının itirilməsinə səbəb olur: “Çox zaman menecerlər bizə insanları ruhlandıraraq daha artıq intuziazmla işləməyə necə davam etmək olar sualı ilə müraciət edirlər. Bu səbədən də, AzPMA daima interaktiv təlimlər təşkil edir, belə ki, bu cür tədbirlər və peşəkarlarla ünsiyyət yaratmaq imkanı iştirakçılara mürəkkəb məsələləri həll etməyə və layihələrin idarə edilməsi sahəsində dünyagörüşünü artırmağa kömək edir. Bu səbəbdən, ilk öncə təşəkkürümü bildirmək istərdim ki, Almaniyadan olan həmkarımız Merle Runqe Bakıya etdiyimiz dəvəti qəbul edib. İkincisi isə, bildiyiniz kimi, o, IPMA-nın beynəlxalq standartları üzrə təlimçidir, bu sistemin əsasını isə yalnız texniki deyil, həmçinin şəxsiyyət yanaşmları da təşkil edir. Bu, layihələrin idarə edilməsi sahəsində çalışan və xarizmatik lider olmaq istəyən hər bir kəs üçün yaxşı şans olacaqdır. Təlim iştirakçılarının bu şansdan istifadə etmələrinə çox şad olarıq. İştirakçılara məhsuldar iş və uğurlar arzu edirəm”.

Bakıya gəlməyi planlaşdıran Merle Runqe isə bildirib ki, kurs müddətində plenar iclaslar və qrup ilə tapşırıqlar və proses-yönümlü struktur yerinə yetiriləcək: “Biz, hər birimiz düşündüyümüzdən daha artığına qadirik. Layihə meneceri və ya lider rolunda öz biliklərimizi və daxili aləmimizi artırmaq imkanı çox əsas və qiymətlidir.  Kursun daxilində plenar iclaslar və qrup ilə tapşırıqlar və proses-yönümlü struktur yerinə yetiriləcəkdir. Siz öz şəxsi materialınız, daha doğrusu şəxsən öz layihənizdə şəxsiyyətiniz, şəxsi liderlik çağırışları, münaqişələrin həlli üzərində işləyəcəksiniz. Bakıda görüşənədək”.

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) Azərbaycan mütəxəssislərini layihələrin idarə edilməsi üzrə ən yaxşı dünya ekspertləri ilə tanış etməyə davam edir. AzPMA-nın sayəsində Bakıya Gilbert Silvius (Niderland), Sergey Buşuyev (Ukrayna), Xiroşi Tanaka (Yaponiya) və digərləri kimi beynəlxalq ekspertlər gəlmişdi.

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Layihələrin idarə edilməsi üzrə müasir tələblər müzakirə ediləcək

04-06-2015

Layihələrin idarə edilməsi müzakirə olunacaq

28-04-2015

Beynəlxalq menecer statusu qazanmaq istəyənlərə fürsət

26-05-2015

Qərb Universiteti yeni əməkdaşlıq memorandumu imzaladı

09-04-2018

“Layihə menecerinin yol xəritəsi” kitabının təqdimatı keçiriləcək

16-09-2015

Bakıda Birinci Milli Layihə Menecmenti Forumu keçirilib

12-12-2018

AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018

Türk Hava Yolları Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır

19-10-2018

İsrailin rabitə naziri Bakıya rəsmi səfər edəcək

18-04-2011

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

10-11-2008

İranın Rabitə və informasiya texnologiyaları naziri Bakıya gəlir

01-08-2016

İlon Mask və Ceff Bezos Bakıya gələ bilər

06-12-2022

AzMİU-da SSJ tələbə startap düşərgəsinin qalibləri mükafatlandırılıb

06-05-2025

Azərbaycan və İran müştərək teleradio komitəsinin yaradılmasını müzakirə edəcək

11-05-2015

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

İnnovasiyalar Agentliyində ilk onlayn təcrübə proqramı başa çatıb

09-12-2020

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018

Proqram mühəndisliyində insan amili araşdırılır

23-04-2018

Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir

10-09-2015

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gəlir

04-11-2019

Beynəlxalq Telekommunikasiya İttifaqının mütəxəssisləri Bakıya gəlib

28-06-2022

“Azərbaycan Biznes Keys Yarışması”nın iştirakçıları Azercell-də

02-12-2019

Kənd təsərrüfatı təyinatlı PUA-ların istifadəsinə dair təlimlər davam edir

15-05-2023

Sinam Qırğızıstanın keçirdiyi tenderdə iştirak edir

28-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə