Bakıda Birinci Milli Layihə Menecmenti Forumu keçirilib.
Xeberler.az bildirir ki, tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Layihə Menecmenti Assosiasiyasının prezidenti İqbal Babayev dünyada və Azərbaycanda layihə menecerləri ilə bağlı məlumat verib. Bildirib ki, bu forumun hər il davamlı olaraq keçirilməsi nəzərdə tutulur. Azərbaycanda layihə menecmenti sahəsində ilk ümumrespublika forumu minlərlə mütəxəssisin cəlb olunduğu sahənin inkişafını qiymətləndirmək, beynəlxalq layihə menecmenti standartlarını rəsmi səviyyədə təqdim etmək və bu istiqamətdə Azərbaycanın əldə etdiyi nailiyyətləri ölkə səviyyəsində nümayiş etdirməkdir.
O qeyd edib ki, BP şirkətinin tərəfdaşlığı ilə keçirilən forumun məqsədi layihə menecerlərini bir araya gətirmək, layihə idarəçiliyi üzrə standartlara və metodologiyalara təkrar baxılması, bu sahədə əldə edilən uğurların təqdim edilməsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) aparat rəhbəri Azad Cəfərli layihələrin idarə edilməsi ilə bağlı fikirlərini bölüşüb, bu sahədə kadrların hazırlanmasının vacibliyini diqqətə çatdırıb.
BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəylinin sözlərinə görə artıq Azərbaycanda bu sahədə gənclər öz sözünü deməyə başlayıb. Hər bir yeni layihələrin uğurunda gənclər dayanır.
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM-da reallaşdırılan Layihə İdarəetmə Məktəbi barədə məlumat verib, artıq uğurlu layihə menecerlərinin yetişdirilməsində Neft Məktəbinin gördüyü işlərdən danışıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və Milli Məclisin deputatı Tahir Mirkişili də Azərbaycanda layihə menecerlərinin inkişafına dəstək olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu sahədə dövlətin dəstəyi hər zaman olub.
Tədbir öz işini panel iclaslarla davam etdirib. Birinci panel iclasın adı “Azərbaycanda korporativ sektorda layihələrin idarə edilməsi üzrə praktik təcrübə” olub və layihə menecerləri “Layihə İdarəetmə Metodları. Eurodesign təcrübəsindən”, “Layihə menecmentində NW strategiyası”, “Yeni Nəsil layihə menecmenti” mövzusunda çıxışlar edib.
Növbəti “Layihələrin idarə edilməsində beynəlxalq standartlar” adlı panel iclasda isə “Reallığın əksi 5”, “Beynəlxalq Layihə Menecementi Metodlarının yerli təşkilatlarda tətbiqi”, “Proseslərin Lean-Six Sigma metodologiyası ilə təkmilləşdirilməsi” mövzuları barədə çıxışlar olub.
Forumda ölkənin ən aparıcı şirkətlərinin peşəkar layihə menecerləri öz təcrübələrini paylaşıb, işgüzar əlaqələr qurublar, beynəlxalq sertifikasiya sistemi haqqında ətraflı biliklər əldə ediblər.
Qeyd edək ki, forumun təşkilatçısı Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasıdır (AzPMA). AzPMA artıq 19 ildir ki, International Project Management Association (IPMA) təşkilatının Milli Tərəfdaşıdır və layihə menecmenti üzrə beynəlxalq sertifikasiyanı həyata keçirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri