Previous Next
Bağla

Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

28-11-2018 11:01
Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi tədbirlərinin icrası istiqamətində seminar keçirilib.

Xeberler.az  məlumat verir ki, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan bildiriblər ki, institutun direktoru Vilayət Vəliyev strateji yol xəritəsində innovasiya mərkəzlərində (FabLabs, ILabs) potensial sahibkarlıq və ya startap fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin informasiya texnologiyaları avadanlığı ilə təminatı və hazır laboratoriya alətlərindən istifadəsinə şərait yaradılması istiqamətində tədbirlərin nəzərdə tutulduğunu bildirib. Bu sahədə institut tərəfindən görülmüş işlər iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, həyata keçirilən tədbirlər çərçivəsində "Kiçik və Orta Sahibkarlığa xidmət sahələri: təkliflər kataloqu" hazırlanıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik universitetlərinin nümayəndələri təqdimatla çıxış edərək kiçik və orta sahibkarlığın inkişafı məqsədilə innovasiya infrastrukturunun təkmilləşdirilməsi sahəsində əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıblar. Seminar "Kiçik və Orta Sahibkarlığa xidmət sahələri: təkliflər kataloqu"nun təqdimatı ilə yekunlaşıb. Kataloq elektron formada institutun saytında yerləşdiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İKT LAB ilə əməkdaşlıq imkanlarını genişləndirir

19-11-2018

Universitetlərdə texnoparkların yaradılması davam edir

01-02-2016

Azərbaycanda Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq

23-12-2016

İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb-Foto

22-12-2017

"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun təsdiqlənib

26-01-2023

“İnnovativ Sahibkarlıq” mövzusunda təlim keçirilib

14-12-2017

TDT-nın Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçirilir

24-10-2025

Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

04-03-2022

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

11-12-2018

Sahibkarlığın diversifikasiya və inkişafı adlı konfrans keçirilib

29-03-2019

Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilir

16-11-2023

Azərbaycan Türkiyə ilə birgə tədqiqat-araşdırma mərkəzi yaradır

22-09-2021

Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

14-04-2023

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018

Strateji Yol Xəritəsində ən aşağı nəticə İKT-dədir

02-10-2017

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018

İTİDF-nin nümayəndə heyəti Türkiyəyə səfər edib

29-04-2014

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

26-10-2017

Prezident İKT-nin inkişafına dair yol xəritəsini təsdiq edib

07-12-2016

Yüksək texnologiyalar üzrə regional innovasiya zonalarının yaradılmasına hazırlıq görülür

19-01-2009

Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

20-07-2018

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016

İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

04-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə