Previous Next
Bağla

İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb-Foto

22-12-2017 09:16
İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb-Foto

İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə keçirilən Respublika İnnovasiya Müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.

BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə təşkil olunmuş İnnovasiya Müsabiqəsi ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbirdir.

Xeberler.az bildirir ki, müsabiqəyə İqtisadiyyat Nazirliyi və ASAN xidmət-in "İdeya Bankı" vasitəsilə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-ə yaxın layihə təqdim olunub.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev müsabiqənin İnnovasiyalara marağı daha da artırmaq məqsədilə keçirildiyini, bu cür tədbirlərin innovativ subyektlərin fəaliyyətinin stimullaşdırılması və səmərəliliyin artırılması, innovasiya infrastrukturu çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri şəraitin yaradılması, elmi-tədqiqat bazasının təkmilləşdirilməsi və innovasiya fəaliyyətinin kadr potensialının inkişafı baxımından vacibliyini vurğulayıb. Bildirilib ki, müsabiqənin təşkili məqsədilə dövlət qurumları və BMT-nin nümayəndələrindən ibarət komissiya yaradılıb, ötən müddət ərzində müsabiqənin təşviqi və ictimaiyyətin maarifləndirilməsi istiqamətində bir sıra görüşlər keçirilib, innovasiya layihələrinin qəbulunun sadələşdirilməsi üçün ASAN xidmət-in "İdeya Bankı" platformasından istifadə olunub. 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai innovasiyaların rolu barədə danışıb, belə müsabiqələrin gələcəkdə innovativ sahələrə investisiya qoyuluşlarının təşviqinə, elmi nailiyyətlərin və yeniliklərin müxtəlif sahələrdə tətbiqi imkanlarına, həmçinin milli innovasiya sisteminin təkmilləşdirilməsinə töhfə verəcəyini qeyd edib.

Sonra İnnovasiya Müsabiqəsi çərçivəsində görülmüş işlərə, müsabiqənin məqsəd və əhəmiyyətinə dair video çarx nümayiş olunub, qalib elan edilmiş innovativ layihələrin, habelə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində mükafata layiq görülmüş yağışdan elektrik enerjisi əldə edən "Rainergy" layihəsinin müəllifi Reyhan Camalova və Zəhra Qasımovanın birgə təqdimatı keçirilib. Təqdimatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda İnnovasiya Müsabiqəsində qalib elan edilmiş ilk üç layihənin, eləcə də böyük marağa səbəb olan və həvəsləndirici mükafata layiq görülmüş layihələrin müəlliflərinə diplomlar və mükafatlar təqdim olunub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

11-12-2018
III Respublika İnnovasiya Müsabiqəsinin maarifləndirici tədbiri baş tutub

III Respublika İnnovasiya Müsabiqəsinin maarifləndirici tədbiri baş tutub

14-09-2019
Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qəbul müddəti uzadılıb

Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qəbul müddəti uzadılıb

07-09-2019
Azərbaycanda hər il innovasiya müsabiqəsi keçiriləcək

Azərbaycanda hər il innovasiya müsabiqəsi keçiriləcək

22-12-2017
Respublika İnnovasiya Müsabiqəsinə qəbul müddəti uzadılıb

Respublika İnnovasiya Müsabiqəsinə qəbul müddəti uzadılıb

01-08-2019
Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

28-11-2018
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

13-06-2026
İqtisadiyyat Nazirliyi Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan edib

İqtisadiyyat Nazirliyi Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan edib

06-05-2019
Bakı Ali Neft Məktəbinin tələbələri müsabiqənin qalibi oldular

Bakı Ali Neft Məktəbinin tələbələri müsabiqənin qalibi oldular

06-12-2018
Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018
Dövlət Agentliyi BMT-nin ekspert toplantısında təmsil olunub

Dövlət Agentliyi BMT-nin ekspert toplantısında təmsil olunub

23-09-2020
AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017
İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

23-10-2019
İnnovasiya müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

İnnovasiya müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

12-12-2018
İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018
Mikayıl Cabbarov: “İnnovasiya gələcəyə baxış prioritetlərimizdən biridir”

Mikayıl Cabbarov: “İnnovasiya gələcəyə baxış prioritetlərimizdən biridir”

13-12-2022
ASAN xidmət yeni inkubasiya mərkəzi yaradır-Müsabiqə

ASAN xidmət yeni inkubasiya mərkəzi yaradır-Müsabiqə

16-05-2018
BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İKT LAB ilə əməkdaşlıq imkanlarını genişləndirir

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İKT LAB ilə əməkdaşlıq imkanlarını genişləndirir

19-11-2018
 “mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

“mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

31-05-2024
Avropa İttifaqı və BMTİP Azərbaycana dəstək göstərir

Avropa İttifaqı və BMTİP Azərbaycana dəstək göstərir

12-04-2022
Bakıda İnnovasiya Sammiti keçirilib

Bakıda İnnovasiya Sammiti keçirilib

18-12-2021
Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

04-08-2017

sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə