Previous Next
Bağla

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016 10:39
Startap ekosisteminin inkişafı müzakirə edilib

 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda Startap Azərbaycan layihəsi çərçivəsində "Startap ekosisteminin inkişafında biznes inkubatorlarının, akseleratorların və digər dəstək proqramlarının rolunun gücləndirilməsi" mövzusuna həsr olunmuş görüş keçirilib.

Fondan Xeberler.az-a verilən məlumata görə, görüşün əsas məqsədi ölkədə Startap hərəkatının genişlənməsi, innovativ layihələrin inkişafı və bu sahədə mövcud problemlər haqqında fikir mübadiləsi aparmaq olub.

Həmçinin, startapların kommersiyalaşdırılması, investorlar klubunun yaradılması və İT layihələrə maliyyə yatırımı edən investorların maraqlarının qorunması, startap mədəniyyəti, biznes inkubator və akseleratorlarda fəaliyyət göstərən müəllim-tələbə heyətinin stimullaşdırılması və digər məsələlər müzakirə edilib.

Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrə göstərdiyi dəstək haqqında məlumat verib.

Tədbirdə iştirak edən "Startap Azərbaycan" Hərəkatı, Yüksək Texnologiyalar Parkı, Qafqaz Universitetinin Texnoparkı, Memarlıq və İnşaat Universitetinin Biznes İnkubatoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin NextStep İnnovasiya Mərkəzi, Azercell-in Barama İnnovasiya Mərkəzi, Bakcell-in AppLab İnnovativ Mobil İnkişaf  Mərkəzi, Baku Business Factory ( BBF)  və digər startap ekosisteminin üzvləri də çıxış ediblər.

Görüşün sonunda startap layihələrinin inkişafı üçün konkret təkliflər müzakirə olunub, təqdim olunan təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

 Görüşdə Biznes İnkubatorların görüşünün müntəzəm keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Fondun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

Məlumat üçün bildirək ki, Fond tərəfindən 3 qrant müsabiqəsi keçirilib. Bu müsabiqələr çərçivəsində Fonda 461 layihə təqdim edilib. Onlardan 62-si bütün mərhələlərdən keçərək Fondun Müşahidə Şurası tərəfindən qalib elan edilib.

Qrant müsabiqələrinin qaliblərinə ümumilikdə 860 000 manatdan artıq vəsait ayrılıb ki, bu da öz növbəsində innovativ bizneslə məşğul olan gənc sahibkarların öz ideyalarını reallaşdırmasında önəmli rol oynayıb.  Qrant müsabiqələrinin qaliblərinin 43 %-i yaşı 29-dan aşağı olan şəxslərdir.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

03-07-2015
Qalib startaplar təqdimat edib-Foto

Qalib startaplar təqdimat edib-Foto

04-11-2016
Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016
Qrant müsabiqəsinə neçə startap müraciət edib?

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

02-05-2018
3-cü qrant müsabiqəsinin qalibləri  açıqlandı

3-cü qrant müsabiqəsinin qalibləri açıqlandı

01-02-2016
Qrant müsabiqəsində 121 startap mübarizə aparır

Qrant müsabiqəsində 121 startap mübarizə aparır

03-09-2016
Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

15-09-2016
3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

01-02-2016
Qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib

Qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib

11-05-2017
Fond təqdim edilən layihələrin istiqamətlər üzrə statistikasını açıqladı

Fond təqdim edilən layihələrin istiqamətlər üzrə statistikasını açıqladı

12-11-2015
Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016
Startap Azərbaycan  Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirəcək

Startap Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirəcək

31-03-2015
Startap Azərbaycan Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

Startap Azərbaycan Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

03-04-2015
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaxın zamanlarda tam fəaliyyətə başlayacaq

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaxın zamanlarda tam fəaliyyətə başlayacaq

14-06-2013
Startap ekosistemin qurumları bir araya gələcək

Startap ekosistemin qurumları bir araya gələcək

28-04-2016
Startap Azərbaycan sabah  Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

Startap Azərbaycan sabah Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

06-04-2015
Nazirin və maraqlı tərəflərin iştirakı ilə startap mühitinin inkişafı müzakirə olundu

Nazirin və maraqlı tərəflərin iştirakı ilə startap mühitinin inkişafı müzakirə olundu

03-07-2015
Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016
İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək

İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək

06-02-2019
Startap Azərbaycan komandasının Fond rəhbərliyi ilə görüşünün vaxtı açıqlandı

Startap Azərbaycan komandasının Fond rəhbərliyi ilə görüşünün vaxtı açıqlandı

02-06-2015
Startap Azərbaycan komandası Dövlət Fondunun rəhbərliyi ilə görüşəcək

Startap Azərbaycan komandası Dövlət Fondunun rəhbərliyi ilə görüşəcək

29-05-2015
Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016
Növbəti startap turu Qubada keçiriləcək

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018
Startap  Günlərinə qeydiyyat başlayıb

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə