Previous Next
Bağla

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İKT LAB ilə əməkdaşlıq imkanlarını genişləndirir

19-11-2018 17:11
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İKT LAB ilə əməkdaşlıq imkanlarını genişləndirir

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) ilə birgə layihələr həyata keçirəcək.

Xeberler.az  məlumat verir ki, İİETİ-dən bildiriblər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə görüş keçirilib. Görüş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi tədbirlərinin icrası istiqamətində reallaşıb.

Görüşdə yerli innovasiya mərkəzlərində potensial sahibkarlıq və ya startap fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin İKT avadanlıqları ilə təmin edilməsi və onların hazır laboratoriya alətlərindən istifadə etməsinə şərait yaradılması, habelə birgə layihələrin həyata keçirilməsinə dair razılığa gəlinib. Eyni zamanda, potensial sahibkarların İKT LAB-dan istifadə etməsinə daha geniş şəraitin yaradılması yolları müzakirə edilib.

Bundan başqa, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təklifi ilə mərkəz gələcəkdə sahibkarlar üçün informasiya texnologiyaları avadanlığı vasitəsilə müxtəlif xidmətlərin, eləcə də birgə təlim və seminarların təşkil olunmasını təmin edə bilər.

Qeyd edək ki, mərkəz ölkə üzrə 17 regionda 19 regional mərkəzə, müasir texnologiyalarla təmin edilmiş tədris infrastrukturuna malikdir. Mərkəzdə HD multimedia studiyası, "Cisco" şəbəkə laboratoriyası, sistem inzibatçılığı, qrafika və dizayn üzrə kompüter laboratoriyaları və beynəlxalq kompüter imtahan mərkəzi fəaliyyət göstərir. Burada yalnız ənənəvi treninqlər deyil, Onlayn Təhsil Portalı (www.e-training.az) vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant və onlayn treninqlər keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

28-11-2018

Universitetlərdə texnoparkların yaradılması davam edir

01-02-2016

“Kiberakademiya” tədris proqramı hazırlanıb

03-03-2020

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

İkinci İKT qrant müsabiqəsinin nəticələri dekabrda açıqlanacaq

14-11-2013

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaxın zamanlarda tam fəaliyyətə başlayacaq

14-06-2013

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maarifləndirici kampaniyaya başlayıb

15-11-2019

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016

İKT məlumat günü keçirilib

16-11-2014

Əşyaların interneti laboratoriyası yaradılıb

03-05-2019

“İKT LAB” ilə “British Council Azerbaijan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

15-07-2022

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

20-06-2020

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019

Təhsil sistemində İT-nin tətbiqi üçün tədbirlər planı hazırlanıb

01-09-2015

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturu yaradılır

14-11-2013

İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək

06-02-2019

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024

Sahibkarlığın diversifikasiya və inkişafı adlı konfrans keçirilib

29-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə