Previous Next
Bağla

Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

20-07-2018 17:30
Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

Xeberler.az məlumat verir ki, Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, adı çəkilən strateji yol xəritəsi üzrə icra səviyyəsi bir daha onu göstərir ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların müsbət təsirləri telekommunikasiya sektorunda davamlı inkişafı təmin edib. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi-ndə müəyyən edilən tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 47 faizinin icrasının tamamlandığını, 28 faizinin qismən icra edildiyini, 25 faizinin isə icra edilmədiyini bildirib.

N.Əsədli həmçinin onu da əlavə edib ki, “2017-ci il ərzində Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsinin ilk hədəfi – İdarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi – üzrə tam icra 6 faiz, qismən icra 56 faiz səviyyəsində təmin olunub: "Bu hədəf üzrə telekommunikasiya sektorunda tənzimləyici qurumun yaradılması, telekommunikasiya bazarının liberallaşdırılması və mobil infrastruktura investisiyaların qoyuluşu istiqamətlərində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. Telekommunikasiya sektorunda uğurlu nəticələr əldə edən ölkələrin təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanları ilə bağlı bir sıra araşdırmalar aparılıb. TASİM layihəsinin reallaşdırılması məqsədilə fəaliyyətlər davam etdirilib".

Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsində ikinci hədəf – Sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması üzrə icra səviyyəsi belə olub: 71 faiz tam icra, 17 faiz qismən icra və 12 faiz icra edilməyib. Ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə beynəlxalq məsləhətçilər cəlb edilib. Rəqəmsal ödənişlər üzrə milli strategiya və cari ödəniş ekosistemi, nağd ödənişlərə təkan verən makro amillər, nağd puldan rəqəmsal ödənişlərə miqrasiya üzrə ümumi metodlar araşdırılmaqla, rəqəmsal ödənişlərin genişləndirilməsinə dair proqram, eGov 2.0 versiyasında mobil hökumət konsepsiya layihəsi, Hökumət Bulud-un yaradılması barədə layihə hazırlanıb.

Rəqəmsal təhsilin inkişafı üzrə islahat istiqamətlərinin təhlili əsasında təhsil müəssisələrinin İKT infrastrukturunun inkişafı üzrə proqram layihəsi təqdim edilib. Elektron məktəb layihəsinə 50 təhsil müəssisəsi cəlb edilib. Layihə çərçivəsində pedaqoji heyətin hazırlığı, İKT infrastrukturunun inkişaf etdirilməsi, Elektron Məktəb İdarəetmə Proqramı və Valideyn Nəzarət Sistemi, elektron tədris resursları istiqamətləri üzrə tədbirlər həyata keçirilib. Tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri ilə bağlı Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İKT akademiyalarının qurulmasına başlanılıb.

Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsində üçüncü hədəf – Hökumətin və sosial mühitin rəqəmsallaşdırılması üzrə tam icra 17 faiz, qismən icra 17 faiz olub, 66 faiz tədbir icra edilməyib.

Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti ilə bağlı Hesbatın tam mətnini buradan əldə etmək olar

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Strateji Yol Xəritəsində ən aşağı nəticə İKT-dədir

Strateji Yol Xəritəsində ən aşağı nəticə İKT-dədir

02-10-2017
Strateji Yol Xəritəsi necə icra olunur?-Monitorinq

Strateji Yol Xəritəsi necə icra olunur?-Monitorinq

12-09-2017
Strateji Yol Xəritəsi– Nə icra edilib, nə qalıb?

Strateji Yol Xəritəsi– Nə icra edilib, nə qalıb?

24-08-2018
Azərbaycanda İKT-nin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb

Azərbaycanda İKT-nin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb

30-12-2016
İKT sahəsində Strateji Yol Xəritəsi müzakirə edilib-Foto

İKT sahəsində Strateji Yol Xəritəsi müzakirə edilib-Foto

14-04-2017
Rəqəmsal reseptin verilməsi üzrə işçi qrup yaradılıb

Rəqəmsal reseptin verilməsi üzrə işçi qrup yaradılıb

12-09-2017
Rəqəmsal ödənişlər müzakirə olunub

Rəqəmsal ödənişlər müzakirə olunub

01-11-2017
Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

27-09-2018
Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

30-12-2016
 İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

30-12-2016
Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021
Azərbaycanda “Mobil hökumət” konsepsiyası hazırlanacaq

Azərbaycanda “Mobil hökumət” konsepsiyası hazırlanacaq

30-12-2016
İİTKM-də Strateji Yol Xəritələri üzrə işçi qrupların müzakirələri keçirilib

İİTKM-də Strateji Yol Xəritələri üzrə işçi qrupların müzakirələri keçirilib

06-12-2018
Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018
34 müəssisə Təhsil Şəbəkəsinə qoşulub

34 müəssisə Təhsil Şəbəkəsinə qoşulub

12-09-2017
Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

12-04-2017
 Prezident İKT-nin inkişafına dair yol xəritəsini təsdiq edib

Prezident İKT-nin inkişafına dair yol xəritəsini təsdiq edib

07-12-2016
Ölkədə İKT-nin inkişafı üçün hansı işlər görülür?

Ölkədə İKT-nin inkişafı üçün hansı işlər görülür?

29-09-2017
Azərbaycanda Visa Cashless Forum-u keçirilib

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020
İKT sektorunun gəlirləri artıb

İKT sektorunun gəlirləri artıb

23-10-2015
Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

17-11-2025
17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2020
Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

28-11-2018
Azərbaycanda yaradılacaq “Hökumət bulud” nəyə xidmət edəcək?

Azərbaycanda yaradılacaq “Hökumət bulud” nəyə xidmət edəcək?

05-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə