Previous Next
Bağla

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026 09:19
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasını təşkil etmək üçün yaradılmış Komissiyanın 2025-ci ilin yekunlarına dair iclası keçirilib.

Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşlarından ibarət birgə Komissiyanın iclasında kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə cari vəziyyət, il ərzində aparılmış qiymətləndirmələrin nəticələri, habelə mövcud risklər müzakirə olunub, 2026-cı il üzrə əsas funksional hədəflər müəyyən edilib.

Bildirilib ki, DTX və XRİTDX əməkdaşlarının iştirakı ilə yerində aparılmış qiymətləndirmələr zamanı bəzi subyektlər tərəfindən təqdim edilən daxili audit hesabatlarında əks olunmuş vəziyyət ilə faktiki durum arasında uyğunsuzluqlar aşkarlanıb. Qeyd olunanlar əsas götürülərək, kritik informasiya infrastrukturu obyektləri üzrə kibertəhlükəsizliyin möhkəmləndirilməsi üçün mərkəzləşmiş nəzarət mexanizmlərinin səmərəliliyinin artırılmasının vacibliyinə diqqət çəkilib.

İclasda həmçinin müvafiq normativ hüquqi mexanizmlərin tətbiqi, həyata keçirilmiş tədbirlər, kibertəhdid məlumatlarının mübadiləsi və beynəlxalq əməkdaşlıq üzrə praktik nəticələr müzakirə edilib.

Eyni zamanda, mövcud çağırışlar nəzərə alınaraq, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın inkişaf etdirilməsi, xüsusilə təhlükəsizlik tələblərinin təkmilləşdirilməsi istiqamətində təkliflər müzakirə olunub.

İclasın yekununda kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair hazırlanmış yekun hesabat qəbul edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022

"Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" adlı dəyirmi masa keçirilib

07-02-2025

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023

Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

28-08-2023

Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

26-10-2023

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

Azərbaycanda kibertəhlükəsizliklə bağlı yenilik

04-04-2023

XRİTDX beynəlxalq tədbirdə iştirak edib

08-05-2025

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

19-02-2025

Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

09-10-2025

Azərbaycanda milli kriptoqrafik alqoritm yaradıla bilər

30-11-2022

İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyasının növbəti iclası keçirilib

05-11-2021

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası olub

30-11-2022

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024

Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

08-10-2025

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilib

16-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə