Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Azərbaycan Texniki Universiteti, Bakı Biznes Universiteti və Odlar Yurdu Universitetinin tələbələrinin bilik və bacarıqlarının artırılması məqsədilə “Rəqəmsal ekspertiza: yanaşmalar və tətbiqlər” mövzusunda ustad dərsləri təşkil edib.
Xeberler.az məlumat verir ki, təlimlər sahə üzrə gələcək mütəxəssisləri rəqəmsal ekspertiza sahəsinin əsas prinsipləri, tətbiq istiqamətləri və müasir yanaşmaları ilə tanış etmək məqsədilə keçirilib.
Tədbir çərçivəsində XRİTDX-nin Zərərvericilərin tədqiqi laboratoriyası tərəfindən hazırlanmış “Tusi Paleon” aləti vasitəsilə real zərərli nümunənin analizi üzrə praktik nümayiş həyata keçirilib. Analiz zamanı iştirakçılara zərərli proqramların davranış xüsusiyyətlərinin müəyyən olunması, artefaktların aşkarlanması və rəqəmsal ekspertiza yanaşmaları əsasında texniki təhlilin aparılması prosesi təqdim olunub.
Bu təşəbbüs tələbələrin praktiki biliklərinin artırılmasına, informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış insan kapitalının inkişafına və ölkənin kadr ehtiyatının genişləndirilməsinə xidmət edir.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları