Previous Next
Bağla

İnsan Resurslarının İntellektual qiymətləndirmə Sistemi tətbiq edilib

12-02-2026 13:39
İnsan Resurslarının İntellektual qiymətləndirmə Sistemi tətbiq edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən informasiya təhlükəsizliyi sahəsində çalışan insan resurslarının inkişafı, peşəkar bilik və bacarıqların ölçülə bilən meyarlar əsasında qiymətləndirilməsi, habelə sahə üzrə institusional biliklərin sistemli şəkildə idarə olunması məqsədilə İnsan Resurslarının İntellektual Qiymətləndirmə Sistemi tətbiq edilib.

Xeberler.az məlumat verir ki, yeni sistem dövlət qurumlarında informasiya təhlükəsizliyi və texnologiyaları istiqamətində fəaliyyət göstərən əməkdaşlarının peşəkar hazırlıq və bilik səviyyələrinin, peşə səriştələrinin və funksional bacarıqlarının müasir qiymətləndirmə alətləri vasitəsilə yoxlanılaraq qiymətləndirilməsini təmin edir.

Qiymətləndirmə nəticələrinə əsasən sözügedən mütəxəssislərin müvafiq səriştə səviyyələrinin yüksəldilməsi üçün uyğun təlimlər keçirilərək nəticələrini əks etdirən sertifikatların təqdim olunması nəzərdə tutulur. Bu yanaşma sahə üzrə peşəkar standartların vahid platforma üzərindən formalaşdırılmasına və insan resurslarının keyfiyyət göstəricilərinin institusional səviyyədə ölçülməsinə xidmət edir.

Sistemin təqdimatında iştirak edən XRİTDX-nin rəisi, general-leytenant İlqar Musayev platformanın funksional imkanları ilə tanış olub. Xidmət rəisi bildirib ki, təşəbbüsün əsas məqsədi qiymətləndirmə proseslərini yalnız rəqəmsal müstəviyə keçirmək deyil, dövlət qurumlarında informasiya təhlükəsizliyi və texnologiyaları sahəsində çalışan kadrların peşəkar səviyyəsinin obyektiv meyarlarla müəyyən edilməsi, səriştə boşluqlarının dəqiq identifikasiyası və inkişaf proseslərinin planlı şəkildə idarə olunmasıdır. O vurğulayıb ki, sistem sahə üzrə vahid yanaşmanın formalaşmasına və peşəkar intizamın gücləndirilməsinə mühüm töhfə verir.

Eyni zamanda, sistem qiymətləndirmə mexanizmlərinin vahid standartlar əsasında tənzimlənməsini, proseslərdə şəffaflığın və hesabatlılığın artırılmasını, eləcə də insan resurslarının idarə olunmasında rəqəmsal və analitik yanaşmanın tətbiqini təmin edən kompleks platforma kimi fəaliyyət göstərir.

Bu çərçivədə, sistem vasitəsilə aparılan qiymətləndirmə nəticələrinə əsasən, dövlət qurumlarında müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislərinin nəzəri və praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə XRİTDX tərəfindən hədəfli təlim proqramlarının təşkili həyata keçirilir.

Qeyd edək ki, sistem vasitəsilə ilkin mərhələdə Energetika Nazirliyi və Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin müraciətlərinə əsasən həmin dövlət qurumlarının informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşlarının sahə üzrə bilik və bacarıq səviyyələri qiymətləndirilib. Hazırda XRİTDX tərəfindən sözügedən qurumlarının sahə üzrə çalışan əməkdaşları üçün ikihəftəlik təlim proqramlarına başlanılıb. Təlimlər Bakı Ali Neft məktəbində yeni istifadəyə verilmiş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb

10-02-2026

Dövlət Xidmətinin təşkil etdiyi təlimlər başa çatıb

23-02-2026

İlqar Musayev: Texniki fasilələr kibertəhlükəsizliyin önəmini göstərir

03-02-2026

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

XRİTDX ali təhsil müəssisələrində ustad dərsləri keçirib

30-12-2025

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yenilənmiş elekton informasiya ehtiyatı istifadəyə verilib

04-11-2023

Kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi üçün platforma yaradılıb

06-06-2024

Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

28-08-2023

Dövlət qurumlarının əməkdaşları süni intellekt üzrə təlimdə iştirak ediblər

01-05-2026

Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir

12-03-2026

Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb

07-02-2023

“İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” tədbiri keçirilib

27-02-2026

XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

19-03-2026

XRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

22-07-2025

Bu il Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu bloklayıb

11-08-2025

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

XRİTDX-də 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

02-02-2026

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023

RINN Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsini qiymətləndirib

26-11-2025

Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

07-07-2025

Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

25-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə