XXI əsrin ilk 10 illiyinin virtual kəşfləri

28-12-2010 / 17:49

Artıq 2010-cu ilin sonu gəlib çatdı. Bu həm də XXI əsrin ilk onilliyinin sonudur. Qeyd etmək yerinə düşər ki, bu onillik tarixdə yadda qalan onilliklərdən oldu. Çünki dünya əhəmiyyətli o qədər hadisə baş verdi ki, analitiklər məsələlərə şərh verməyə çətinlik çəkirlər.

“Gmail” yaradıldı

“Google” axtarış sistemi 1998-ci ildə yaradılsa da, onun elektron poçt ünvanı olan “Gmail” (ci-meyl) də bu on illiyin meyvələrindəndir. 2004-cü il 1 aprel tarixində fəaliyyətə başlayan "Gmail" POP3S interfeysi ilə işləyir. Əvvəlcə "Gmail"-i istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazım idi. Amma indi hər kəs sərbəst "Gmail" xidmətindən faydalana bilər. 2008-ci ildə hər istifadəçiyə, öz məktublarını saxlamaq üçün, 6 GB yaddaş verilib və bu indiyə qədər də artmaqdadır. Hal-hazırda "Gmail"dən telefonlara zəng etmək də olur. Gün ərzində "Gmail"də 420 min səhifəyə baxılır.

“You Tube” meydana gəldi

Bu onilliyin virtual aləminin ən böyük kəşflərindən biri də “You Tube” məşhur internet video paylaşım sistemidir. İngiliscədən tərcumədə “you” - sən, “Tube” isə boru mənasını verir. Mənaca tərcuməsi isə “sənin internetə çıxış vasitən” deməkdir.
Sayt 2005-ci ildə bir nəfər gənc tərəfindən yaradılıb. Rəsmi olmayan məlumatlara görə, bir nəfər qonşu ştata dostunun ad gününə gəlir. Ad günündə iştirak edir və onları videoya çəkir. Səhəri gün işləri olduğundan gənc videosu ilə birlikdə öz ştatına qayıdır. Dostları ondan video görüntünün sürətini istədikdə isə, o bildirir ki, çəkilişin həcmi çoxdur. Və heç bir internet post ünvanı onu göndərə bilmir. Sonra gənc fikirləşir və həvəskar bir sayt yaradır. Video görüntünü orada yerləşdirir. Dostlarına da xəbərdar edir.
Sonra dostları da həmin sayta daxil olur, ad günündə iştirak edən hər kəsə görüntüləri götürmələri üçün saytın ünvanı verilir. Sonra onlar da saytda video yerləşdirirlər. Beləcə sayta video yerləşdirənlərin sayı durmadan artmağa başlayır. Nəticədə “You Tube” yaranır.
2006-cı ildə məşhur axtarış sistemlərindən olan "Google" onun səhmlərinin hamısını 1.65 milyard dollara satın alır.
Hal-hazırda “YouTube”-a hər dəqiqədə 204 saatlıq video yüklənir. Yəni "YouTube"-a bir dəqiqədə 1 günlük görünüş yüklənir. Bu videoların müddəti isə 34.560 saata, yəni 1440 günə (4 il uzunluğuna) bərabərdir.
Hal-hazırda saytın gündə 367 milyon ziyarətçisi olur. Gün ərzində reklamlardan 1.1 milyon dollar pul qazanır.

Sosial şəbəkə “Facebook”

Onillikdə meydana dələn növbəti tapıntı isə geniş sosial şəbəkə olan “facebook”dur. 2004-cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Ztukerberq tərəfindən yaradılan "Facebook" Harvard Universiteti tələbələrinin görüş yeri idi. Ancaq sürətli inkişaf nəticəsində şəbəkənin üzvləri artır. Üzvlərinin sayı 66 milyonu keçir. İllik qazancı 150 milyon dollara çatır.
Bu gün "Facebook"-un dəyəri təxminən 15 milyard dollardır. Mark Ztukerberq şəbəkəyə rəhbərlik edir.

“Skype”-ın kəşfi

"Skype" səsli və görüntülü danışmağa imkan verən kompyuter proqramıdır.
23 aprel 2003-cü ildə yaradılıb. Proqram inkişaf etdiriciləri tərəfindən kodlaşdırılmışdır. Oktyabr, 2005-də Ebay adlı bir texnoloq tərəfindən satın alınıb. Xüsusilə Amerikalıların çox istifadə etdiyi proqramdır.
"Skype" abonentləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər. Amma "Skype"-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar.

"Twitter"-in icadı

"Twitter" (ingilis dilindən «twit» - «çərənləmək», «birnəfəsə danışmaq) - pulsuz internet xidmətidir. "Twitter" sizə 140 simvol ilə bu an nə etdiyinizi yazmanıza imkan verir. İstifadəçilər mikrobloqa qeyd əlavə etmək üçün, web-səhifədən, SMS(qısa ismarıc xidməti) və ya bu sistem üçün yaradılmış proqramlardan istifadə edirlər. "Twitter"də dostlarınızla, ailənizlə, iş yoldaşlarınızda tez-tez sürətli bir şəkildə o an nə etdiyinizi paylaşa bilərsiniz.
Şəbəkə 2006-cı ildə "Ruby on Rails" web platforması üzərində yaradılıb və 2007-ci ilin 98% vaxtını işlək vəziyyətdə olub (təxminən 6 gün servis işləməyib). 2008-ci ilin əvvəllərində "Twitter" yeni bazalar əsasında yerini Amazon S3 serverləri üzərində dəyişdi. Bu da servisin stabilləşməsinə gətirib çıxartdı.
2008-ci ilin may ayında artıq 1 milyon istifadəçi qeydiyyatdan keçmişdi. 2009-cu ilin iyul ayının statistikasına görə, artıq 50 milyondan artıq istifadəçi qeydiyyatdan keçib. "Twitter" ən ümumi məqsədi yoldaşlarınızın o an nə etdiyinizi izləməkdir. Hal-hazırda saytın 110 milyon ziyarətçisi olur. Hər gün reklamdan sayt 330 min dollar pul qazanır.

Azad ensiklopediya-"Wikipedia"

Dünyanın məşhur azad ensiklopediyası olan "Vikipediya" da bu onillikdə yaranıb. 2001-ci ilin əvvəllərindən yaranan "Vikipediya" Cimmi Ueyls və Larri Sanger tərəfindən 15 yanvar 2001-ci ildə yaradılıb. Yaranandan az sonra dünyanın ən məşhur 25 internet saytı sırasına daxil ola bilmişdir. 2009-cu ildə aparılan araşdırmalara görə, ingilis dilində olan "Vikipediya" dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutmuşdur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.