Gənclərin inkişafına, istedadların yetişdirilməsinə böyük önəm verən Yelo Bank mütəmadi olaraq müxtəlif təlim və fərdi inkişaf layihələri təşkil edir. Bank bu yay “Yelo Summer Challenge” adlı ənənəvi təlim proqramını yenidən başladı. İyul ayından etibarən start götürən proqramda 900-dən çox müraciət arasından istedadlı 30 gənc seçilib.
Xeberler.az bildirir ki, iştirakçılar maliyyə, insan kapitalı, hüquq, pərakəndə bankçılıq, İT, marketinq və digər departamentlərdə Yelo komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər.
Yelo Bankın Baş ofisində proqramın açılış mərasimi üçün bank kollektivi və iştirakçılar bir araya gəldi. Tədbirdə bank nümayəndələri iştirakçıları salamlayaraq Yelo dəyərləri, məhsulları, buradakı peşəkar inkişaf imkanları, Agile metodologiyası haqqında məlumat verib, öz təcrübələrini bölüşdülər.
Qeyd edək ki, ödənişsiz həyata keçirilən “Yelo Summer Challenge” proqramı karyerasını bank sahəsində qurmaq istəyən 3-cü və 4-cü kurs tələbələri üçündür. 31 avqustadək davam edəcək proqramda fəallığı ilə seçilən iştirakçılar Yelo Bankda işlə təmin olunacaqlar. Bank gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirləri həyat keçirməyi planlaşdırır.
Bank xidmətləri, o cümlədən, pul krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri