“Yeni mobil operatorların bazara daxil olması bizi qorxutmur”

24-02-2016 / 13:58

Məlumat verdiyimiz kimi, AzQTEL (SAZZ) və Delta Telecom şirkətləri mobil rabitə bazarına daxil olmağa hazırlaşır.

“Bazara daxil olan hər hansı yeni mobil operator Azercell-in fəaliyyətinə mənfi təsir edə bilməz”.

Xeberler.az -ın məlumatına görə, bunu adı çəkilən şirkətlərin bazarda mobil rabitə xidməti göstərməyə hazırlaşdığına münasibət bildirən Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, əksinə bu, şirkətin məsuliyyətini daha çox artıracaq:

“ Belə olan halda rəqabət yaranır. Təbii ki, biz bazarın nəbzini tutmalıyıq, mobil internetdən istifadəni daha yüksəltməliyik. Hazırda 4G LTE şəbəkəsinin genişləndirilməsi istiqamətində işləyirik, yeni investisiyalar cəlb edirik”.

Vahid Mürsəliyev deyib ki, Azercell mobil interneti nəinki öz istifadəçiləri üçün,  həmçinin bütün  Azərbaycan üçün əlçatan etməyə çalışır:

“ Buraya mobil internetin qiymətlərinin endirilməsi və yeni  internet paketlərinin təqdim edilməsi daxildir. Ona görə də nə SAZZ,  nə Delta Telecom-un bazara daxil olması bizi qorxutmur  Əksinə bu, bizim  məsuliyyəti daha da  artırır. Azercell  içiləri sağlam rəqabətlə işləməyi sevir”.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə