Previous Next
Bağla

1 milyonluq rüsumu hansı mobil operator ödəməlidir?

23-02-2017 11:35
1 milyonluq rüsumu hansı mobil operator ödəməlidir?

Xəbər verdiyimiz kimi, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə əsasən mobil rabitə xidmətlərinə lisenziyaların verilməsinə görə dövlət rüsumu 182 dəfə artırılaraq 1 milyon manata qaldırılıb.

İndiyədək bu xidmət üçün lisenziya alarkən cəmi 5500 manat ödəmək lazım gəlirdisə, qanuna edilən dəyişiklikdən sonra arıtq bununla bağlı rüsum 1 000 000 (bir milyon ) manat müəyyən olunub.

Onu da xatırladaq ki, Prezidentin fərmanı ilə artıq qüvvədə olan bütün lisenziyalar da müddətsiz elan edilib.

Maraqlıdır ki, bu yeni dəyişiklik hazırda fəaliyyət göstərən mobil operatorlara da şamil ediləcək, yoxsa söhbət yalnız bazara yeni daxil olacaq mobil operatorlardan gedir? Əgər yeni qanun bazarda olan mobil operatorlara aid deyilsə, yeni mobil operatorun bazara daxil olması gözlənilirmi?

Məsələ ilə bağlı ötən gün keçirilən mətbuat konfransında Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev Xeberler.az-ın sualını cavablandırarkən deyib ki, yeni lisenziya bazara yeni daxil olacaq operatorlara aiddir.

Onun sözlərinə görə, Azercell 3G üçün lisenziya alsa da, 4G xidməti üçün hələ lisenziya almayıb:

“Şirkətimiz 4G üçün lisenziya almayıb. Buna səbəb isə biz bu xidmətə başlayan zaman qanunvericilikdə 4G üçün lisenziyası almaq tələb edilmirdi. Məlum olduğu kimi, Prezident İlham Əliyev ötə ilin sonlarına doğru yeni fərman imzaladı. Qeyd edildi ki, hər bir yeni nəsil texnologiyaya uyğun xidmət göstərən operatorlar müvafiq lisenziya almalıdır”.

Şirkət rəhbəri qeyd edib ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə sıx əməkdaşlıq edirlər:

“Hazırda yeni qanunun tənzimlənməsi ilə bağlı işlər gedir. Güman edirik ki, yaxın zamanda bununla bağlı şərtlər bəlli olacaq. Əgər qanun tələb edərsə, Azercell də lisenziya üçün ödəniş edəcək”.

Məltəm Taləbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rabitə xidmətlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği bəlli olub

22-12-2015

Mobil rabitə xidmətlərinə lisenziya 10 illik müddətə veriləcək

02-03-2017

Mobil operatorlarla Nazirlik arasında yeni lisenziya müqaviləsi imzalanacaq

16-09-2015

Azercell 4G xidməti göstərmək üçün lisenziya alacaq

26-04-2012

NRYTN mobil rabitə operatorlarının müvafiq lisenziyalarının müddətini uzadıb

09-09-2021

Mobil rabitə xidmətləri göstərmək üçün 1 milyon ödəniləcək

01-02-2017

Azərbaycanda 3G şəbəkəsinin tam fəaliyyətə başlaması ilin sonunadək gözlənilir

03-11-2009

“Azercell” və “Bakcell” şirkətlərinin də 3G lisenziyası alması məsələsinə baxılacaq”

02-12-2009

Cari ilin dekabr ayında Azərbaycanda 3G şəbəkəsinin tam fəaliyyətə başlaması gözlənilir

05-11-2009

“RİTN mobil operatorlara qarşı ayrı-seçkilik siyasəti yürüdür”

09-12-2009

Yay aylarına qədər digər mobil operatorlara da 3G lisenziyası veriləcək

13-04-2010

Mobil rabitə xidmətlərinə lisenziya şərtləri dəyişilib

11-12-2015

Azərbaycanda biometrik texnologiyalar üzrə lisenziyaların verilməsi RİTN-ə həvalə olunub

03-12-2008

“Yeni mobil operatorların bazara daxil olması bizi qorxutmur”

24-02-2016

“Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”

11-12-2009

“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur

03-03-2025

Müddətsiz, ucuz və elektron lisenziyalar dövrü başladı -Fərman

22-12-2015

“Elektron lisenziya” portalı nə vaxt istifadəyə veriləcək?

19-10-2015

ASAN Xidmət-də sahibkarlara lisenziya verilməsinə başlanıb

05-11-2015

«Bakcell» və «Azercell» yaxın vaxtlarda 3G texnologiyası üzrə xidmətlərə başlayacaq

22-01-2011

3G savaşı – günahkar kimdir?

10-12-2009

Lisenziyaların vahid portal üzərindən verilməsi üçün vaxt müəyyən olunub

08-01-2018

Teleradio yayımı üçün lisenziya qiymətləri hazırlanıb

04-03-2011

RİTN Azercell-ə 3G lisenziyasının verilməsində tərəddüd edir

16-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə