Previous Next
Bağla

Fransanın kosmik şirkəti Azərbaycanı niyə tərk edib?-EKSPERT ŞƏRHİ

25-11-2022 12:11
Fransanın kosmik şirkəti Azərbaycanı niyə tərk edib?-EKSPERT ŞƏRHİ
Bir müddət öncə Fransanın "Airbus Defence and "Space" şirkətinin Azərbaycanı tərk eydiyi açıqlandı.
 
"Adı çəkilən şirkətin fəaliyyəti indi deyil, xeyli əvvəl, 2018-ci ildən dayandırılıb".
 
Bunu Xeberler.az-a mövzu ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert xatırladıb ki, 2014-cü ildə "Azerkosmos" və “Airbus Defence and Space” şirkətləri arasında "AzerSky" peykinin "Azərkosmos"un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Layihənin dəyəri  isə 157 milyon avro olub.
 
"Bu peykin ömrünün başa çatmasına artıq 3-4 il qalıb. Yeni müşahidə peykinin hazırlanması üçün sifariş zamanı artıq yetişib. Azərkosmos AzerSky-dan təmiz gəlirin 220 milyon dollar olacağını bildirib. Qısa bir araşdırma ilə müəyyən etmək olar ki, adı çəkilən şirkətin fəaliyyəti indi deyil, xeyli əvvəl, 2018-ci ildən dayandırılıb. Şirkət o zaman "AzerSky" peykinin idarəetmə məsələlərinin Azərbaycan tərəfinə öütürülməsi məqsədilə ölkəyə gəlmiş və burada ofis açmışdı.
"AzerSky" müşahidə peykinin idarəetməsi də artıq uzun müddətdir ki, Azərbaycan tərəfindədir",- deyə Osman Gündüz qeyd edib.
 
Onun sözlərinə görə, adı çəkilən şirkət müqavilə çərçivəsində görüləcək işləri çoxdan başa çatdırıb:
 
"Güman etmək olar ki, "Airbus Defence and Space" şirkətinin müxtəlif öhdəliklərinin icrasının başa çatması indiki dövrə təsadüf edib və şirkətin Azərbaycan ofisi də hüquqi şəxs olaraq indi ləğv olunaraq VÖEN-ni bağlanıb. Eyni zamanda düşünmək olar ki, "Airbus Defence and Space" in ölkəni tərk etməsi həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN), "Azərkosmos"un gələcəkdə müşahidə peyklərini hazırlamaq üçün Fransanın adı çəkilən şirkəti ilə deyil, fərqli bir ölkə ilə əməkdaşlıq etmək niyyətində olması ilə bağlıdır".
 
Ekspert deyib  ki, Prezident "AzerSky" peykinin imkanlarından Vətən müharibəsi zamanı xeyli effektiv istifadə edildiyini bildirmişdi.
 
Xatırladaq ki, bir müddət öncə Microsoft-un Azərbaycan ofisində də bütün əməkdaşlar tam tərkibdə işdən azad olunub, öhdəliklərin icrası məqsədilə ofisdə bir nəfər texniki əməkdaş saxlanıb.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AirBus”: “Azərkosmos”la əməkdaşlığımız peyk görüntüləri sahəsində davam edir

“AirBus”: “Azərkosmos”la əməkdaşlığımız peyk görüntüləri sahəsində davam edir

06-10-2023
Azərkosmos-un mütəxəssisləri Fransada təlim keçib

Azərkosmos-un mütəxəssisləri Fransada təlim keçib

24-11-2015
Azərbaycanın növbəti peykinin dəyəri açıqlandı

Azərbaycanın növbəti peykinin dəyəri açıqlandı

06-12-2022
Azərkosmos Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

Azərkosmos Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

23-10-2015
Yeni müşahidə peykimizin istehsalçısı kim olacaq?-EKSPERT ŞƏRHİ

Yeni müşahidə peykimizin istehsalçısı kim olacaq?-EKSPERT ŞƏRHİ

05-12-2022
Azersky peykinin maliyyələşdirilməsi həyata keçirilir

Azersky peykinin maliyyələşdirilməsi həyata keçirilir

11-11-2015
Fransa şirkəti ilə “Azersky” peykinin imkanları müzakirə olunub

Fransa şirkəti ilə “Azersky” peykinin imkanları müzakirə olunub

27-05-2015
“Azersky” peykinin yarım milyonluq sığortasını hansı şirkət edəcək?

“Azersky” peykinin yarım milyonluq sığortasını hansı şirkət edəcək?

23-12-2022
Azersky peykindən əldə olunan təsvirlərin istifadəsi müzakirə olunub

Azersky peykindən əldə olunan təsvirlərin istifadəsi müzakirə olunub

18-11-2015
Azersky peykinin fəaliyyəti dayandı-RƏSMİ

Azersky peykinin fəaliyyəti dayandı-RƏSMİ

20-04-2023
Azərkosmos-da peyk təsvirləri ilə bağlı yeni sistem quraşdırılıb

Azərkosmos-da peyk təsvirləri ilə bağlı yeni sistem quraşdırılıb

09-10-2015
 Azerspace-2  ilə bağlı tenderin qalibi  yaxın vaxtlarda bilinəcək

Azerspace-2 ilə bağlı tenderin qalibi yaxın vaxtlarda bilinəcək

27-08-2015
Azərbaycan ərazinin fotoşəklini çəkmək üçün peykdən istifadə edəcək

Azərbaycan ərazinin fotoşəklini çəkmək üçün peykdən istifadə edəcək

03-12-2014
Azerspace-2-nin orbitə buraxılması istiqamətində hazırlıqlar nə yerdədir?

Azerspace-2-nin orbitə buraxılması istiqamətində hazırlıqlar nə yerdədir?

31-08-2015
Yoxa çıxan AzerSky1 peykimizi hazırlayan Fransa şirkəti bizdən "küsübmü"?

Yoxa çıxan AzerSky1 peykimizi hazırlayan Fransa şirkəti bizdən "küsübmü"?

15-09-2023
Azersky-da  nə baş verib, kiberhücum, yoxsa meteoritlə toqquşma?

Azersky-da nə baş verib, kiberhücum, yoxsa meteoritlə toqquşma?

20-04-2023
“Azərkosmos”-da seminar keçirilib - Fotolar

“Azərkosmos”-da seminar keçirilib - Fotolar

22-04-2015
Peykimizdən Oyunların keçirildiyi məkanların görüntüsü -Fotolar

Peykimizdən Oyunların keçirildiyi məkanların görüntüsü -Fotolar

25-06-2015
Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər

Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər

05-12-2022
1-ci peykə qoyulan xərclər nə vaxt ödəniləcək?

1-ci peykə qoyulan xərclər nə vaxt ödəniləcək?

18-01-2018
 "Azersky" kiberhücumun qurbanı olub? -RƏSMİ

"Azersky" kiberhücumun qurbanı olub? -RƏSMİ

06-07-2023
10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

08-02-2023
“Azerspace-2”peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair tender üzrə təkliflər zərfləri açıldı

“Azerspace-2”peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair tender üzrə təkliflər zərfləri açıldı

24-04-2015
Azərbaycan və Qazaxıstan mütəxəssisləri birgə layihələr hazırlayacaq

Azərbaycan və Qazaxıstan mütəxəssisləri birgə layihələr hazırlayacaq

20-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə