Yeni proqramla telefonda konfrans təşkil etmək mümkündür

19-10-2015 / 15:23

Məlumat verdiyimiz kimi, iş dünyasına özəl  hazırlanan və 250 nəfərlik video konfrans imkanı yaradan Skype for Business artıq telefonlarda da istifadə oluna biləcək.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə,  iOS əməliyyat sistemində Skype for Business istifadəyə verilib.

Tətbiq həmçinin, tam ekran video görüşməsi , daha böyük “səssiz” düyməsi, görüşmə zamanı digərlərini dinləmək kimi funksiyaları özündə cəmləşdirir. Skype for Business-in gələcək versiyasında PowerPoint dəstəyi olacağı gözlənilir.

Qeyd edək ki proqram yalnız iOS platformasında istifadəyə verilib. İlin sonunda tətbiqin Android versiyası təqdim ediləcək.

 

  Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə