Onlayn iclaslar telefonla keçiriləcək

12-08-2015 / 15:58

Məlumat verdiyimiz kimiMicrosoft populyar video konfrans proqram, iş dünyası üçün xüsusi hazırlanan Skype for Business-i  2 ay əvvəl təqdim edib.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, iş dünyasına özəl  hazırlanan və 250 nəfərlik video konfrans imkanı yaradan Skype for Business artıq telefonlarda da istifadə oluna biləcək.

Belə ki, fərdi kompüterlərdən 250-yə  qədər istifadəçiyə video konfrans imkanı təqdim edən proqram vasitəsilə biznes istiqamətli  görüşləri,  şirkət daxili təlimlər və digər iclasları Skype-la  təşkil  etmək mümkündür.

Qeyd edək ki, kompüterlərdən əlavə artıq İOS Android istifadəçiləri də Skype for Business-dən istifadə edə biləcək. Beləliklə professional istifadəçilər, mobil telefonları və tabletləri vasitəsilə 250 nəfərlik video konfransa qatıla biləcəklər.

Proqramların ilin sonunda istifadəyə veriləcəyi  gözlənilir.

 

Ağasəf Haqverdiyev

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə