Sevgililər Günü üçün Skype-da yeni smayllar

13-02-2017 / 15:24

Əgər Sevgililər günündə əzizləriniz və yaxınlarınıza onlara nə qədər dəyər verdiyinizi bildirmək üçün lazımi sözlər tapmaqda çətinlik çəkirsinizsə, o zaman köməyinizə Skype gəlir.

Xeberler.az-ın məlumatına görə, Microsoft korporasiyası xüsusi olaraq sözügedən proqram təminatının istifadəçiləri üçün məhz Sevgililər gününə həsr olunmuş və məsafədən asılı olmayaraq hisslərini paylaşmağa kömək edəcək yeni smaylları təqdim edib.

Bu il Skype məşhurluğu artan sənətçilər və bəstəkarlarla birgə çalışan Rogue Octopus müstəqil agentliyi ilə sevgidən ilhamlanaraq yeni smayllar yaratmaq üçün güclərini birləşdirib.

Əsas məqsəd hədiyyə formasında açıla bilən smayllar yaratmaqdan ibarət idi. Hər bir smayl Rogue Optucus agentliyinin istedadlı musiqiçilərinin bəstələri müşayiətində iki personajın sevgi hekayəsinin müxtəlif mərhələlərini özündə əks etdirir.

Smaylları nəzərdən keçirmək və göndərmək üçün paneldə qırmızı ürəkli işarəni seçə bilərsiniz.

Eyni zamanda, Skype öz istifadəçilərinə yazışmaları daha orijinal və şən aparmaq üçün müqəddəs Valentin gününə həsr olunmuş yeni emotikon kolleksiyasını da istifadəyə verib.

Skype proqramının təklif etdiyi bütün imkanlardan həmişə faydalana bilmək üçün Microsoft korporasiyası Windows, Mac, iPhoneiPad, və Android ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyə edir.

Microsoft ümid edir ki, dünyanın istənilən yerində Müqəddəs Valentin günündə Skype istifadəçiləri onlara əziz olan insanlarla yeni smaylları bölüşmək şansından zövq alacaqlar.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə