Skype bir neçə ildir üzərində işlədiyi, istifadəçilərin rahatlığını təmin edəcək əhəmiyyətli xidmətlərindən birini yaxın istifadəyə verməyə hazırlaşır.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bir il əvvəl yalnız Windows 8-də işləyən səsli anlıq tərcümə xidməti artıq Skype-ın bütün masaüstü versiyalarında da tətbiq ediləcək.
Belə ki, bundan sonra görüntülü səsli danışıqlarda istifadəçilər danışdıqları adamın dilini bilməsələr belə Skype-ın anlıq tərcümə xidmətindən faydalanaraq qarşılarındakı adam ilə rahatca ünsiyyət qura biləcəklər.
Bu xidməti ilkin mərhələdə ingilis, fransız, alman, italyan, ispan və mandarin dillərində tətbiq etmək mümkün olacaq.
Windows 7, Windows 8 və Windows 10 istifadəçiləri masaüstü Skype tətbiqləri üçün istifadəyə veriləcək yeniləmə ilə bu imkandan faydalana biləcəklər.
Şirkətdən bildirilib ki, xidmətin əsas məqsədi sərhədləri aradan qaldırmaqdır. Xidmətin daha çox istifadə edilməsi və geniş kütləyə çatdırılması üçün yaxın 2 il ərzində 40-dan çox dünya dilinin daxil edilməsi gözlənilir.
Hazırda Skype-da yazılı ünsiyyət zamanı 50 fərqli dildə tərcümə xidmətindən faydalanmaq mümkündür.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri