Skype Android üçün yeniləndi

04-04-2015 / 13:57

Artıq Skype Android yeni yeniləmə vasitəsilə bir çox funksiyalara malikdir.

Audio, mətn əsaslı və görüntülü söhbətlər funksiyasına malik olan Skype masa üstü sistemlərin yanında iOS və Android platformlarındakı varlığına da davam edir. Amma bəzi əlavə yeniliklərə sahib olmayan Skype Android sistemində qismən geri planda qalırdı.

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, Skype Android distributivinin yenilənməsi Version 5.3 ilə birlikdə Android platformasına köçürülüb. Yenilənən Bubbles interfeysi daha çox insan əhvalını əks etdirən böyük işarələrlə diqqəti cəlb edir. 

Artıq Skype Android versiyasında da mətnsiz və yalnız bir işarədən ibarət mesajlar atdıqda, sistem avtomatik olaraq həmin işarəni böyüdür.

Yenilənmənin digər əhəmiyyətli xüsusiyyətlərindən biri də odur ki, artıq mesajlaşmağı qaldığınız nöqtədən təqib etmək mümkün olacaq. Əgər söhbət əsnasında cihaz uzaqlaşar ya da başqa bir tətbiqə keçilsə, Skype Android üçün həmin hissəyə avtomatik olaraq dönür.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə