Skype-dan yenilik

16-10-2015 / 16:48

Microsoft-un 4 il əvvəl satın aldığı və Messenger servisi ilə birləşdirdiyi Skype yeniliyə imza atıb.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, yenilik sayəsində Skype hesabı olmayanlar da Skype-da qrup söhbətlərinə qatıla biləcək. Belə ki, Skype-a əlavə olunan yeni özəllik vasitəsilə Skype hesabı olmayan dostunuza  özəl olaraq hazırlanmış linki göndərərək onu qrup söhbətinə əlavə edə bilərsiniz.

Hazırda sadəcə Amerika və İngiltərədə aktiv olan bu yenilik qısa müddət sonra digər ölkələrdə də istifadə oluna biləcək.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə