YouTube bu il sonuna qədər bir sosial şəbəkəyə çevrilə bilər.
Xeberler.az Venture Beat-in məlumatına istinadən məlumat bildirir ki, YouTube video paylaşımdan əlavə fotoşəkil, mətn mübadiləsi və səsvermə kimi xüsusiyyətləri platformasına əlavə edib, Facebook-un sürətlə böyüyən video xidmətinə də cavab verməyi planlaşdırır.
Məlumata görə, bu gün Backstage (Kamera arxası) olaraq xatırlanan YouTube servisi, YouTube istifadəçilərinin video ilə bərabər digər məzmunları izləyiciləri ilə paylaşmasını təmin edir.
Facebook və Twitter-in xəbər / zaman tunellərindəki kimi Backstage-in də platformdakı YouTube kanallarına əlavə olunması gözlənilir.
YouTube-da bir kanala aid videolar, musiqi siyahıları kimi seçimlərin yanında görə biləcəyimiz Backstage kanalın abunəçilərinin operativ xəbər qaynağı olacaq.
Abunəçilər burada edilən paylaşımlarla əlaqədar bildiriş ala biləcək və paylaşımları öz zaman tunelində görə biləcək.
Backstage-in paylaşımları tərs xronoloji ardıcıllıqla göstərməsi gözlənilir.
Qeyd edək ki, Backstage hazırda məşhur sosial şəbəkələrlə rəqabət gücünə malikdir.
Belə ki, YouTube-a Backstage vasitəsi ilə şərhlərdən əlavə yeni formatlar əlavə edilə biləcək. Xəbərdə tweet-ə oxşar mətn paylaşımları, bir mövzu haqqında sorğular, kamera arxasına aid görüntülərin paylaşıla biləcəyi fotoşəkillər də əlavə etmək olacaq.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri