YouTube-da daxili çat istifadəyə verilib

08-08-2017 / 13:15

YouTube video xidmətinin komandası iOS və Android əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün mobil proqramda yeni imkan istifadəyə verib.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, yeniləmə nəticəsində istifadəyə verilmiş daxili messencer sayəsində videoçarxları asanlıqla dostlara göndərmək mümkündür.
 
Mobil proqramdan çıxmadan videonu bir kontakt və ya dərhal kontaktlar qrupu ilə paylaşmaq olar, istifadəçilər təklif edilmiş videoya rəy yaza, həmçinin özləri video əlavə edə bilərlər.

Funksiya YouTube-da "Paylaş" düyməsinə quraşdırılıb, bu düyməyə sıxmaqla kontaktlar siyahısından videonun göndəriləcəyi şəxs və ya şəxsləri seçmək mümkündür. Həmçinin video üçün istinad əldə etmək və yeni dostları müzakirəyə əlavə etmək olar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə