Youtube-da yeni 4K formatı

02-09-2015 / 14:13

Məlumdur ki, Youtube-un təqdim etdiyi yüksək keyfiyyətli 4K ölçülü videolar kifayət qədər əlçatan deyil. 

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Google istifadəyə verdiyi yeni video formatı- 4K ilə videolara daha keyfiyyətli baxmaq olacaq. Belə ki,  Google 4K videoların ölçüsünü aşağı salır.

 4K videoların ölçülərinin azaldılması prosesi hələlik başa çatmayıb. Gözlənilir ki,   4K texnologiyasının ölçüləri azalacağı təqdirdə, bu texnologiya  Full HD-nin yerinə keçəcək. 

Google yeni video kiçiltmə  sistemi ilə 4K videoların daha asan və sürətli baxılmasını təmin etməyə hazırlaşır.  Yüksək ölçülü 4K videolar yeni kodeklər sayəsində daha aşağı ölçülərə sahib olacaq və əlçatımlığı artacaq.

Qeyd edək ki, bir ildir istifadə edilən VP9 kodeksinin yerinə VP10 kodeksi istifadə ediləcək.

Google-un rəsmisi James Bankoski-nin sözlərinə görə,  VP9, H.264 formatındakı videoların ölçüsü yarıya endirildiyi üçün VP10 da VP9 formatındakı videoların ölçüsünü eyni formada yarıya salacaq.

Videoların ölçülərini bir xeyli azaldan VP10 formatda şəkillər daha keyfiyyətli, canlı  və axıcı görünüşə sahib olacaq.

 VP10-un istifadəyə veriləcəyi tarix isə məlum deyil. 

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə