Məlum olduğu kimi, müasir texnikanın və yüksək sürətli internetin inkişafı, şəbəkədə olan media növlərinə də öz təsirini göstərir.
Hazırda dünya internet şəbəkəsində yeni, 360 dərəcəli videolar sürətlə populyarlaşır.
Xeberler.az-ın məlumatın görə, v360.az son zamanlar geniş yayılan 360 dərəcəli video çəkilişi xidmətlərini artıq Azərbaycanda da təklif edir.
360 dərəcəli video nədir?
360° video görüntünü eyni anda 360 dərəcədə çəkmə imkanı olan xüsusi streoskopik kamera vasitəsilə çəkilir. Tamaşaçı 360° videonu izlərkən onun baxış bucaqlarını dəyişə bilər.
Bu videolara kompüterdən baxılanda mouse-un köməyi ilə bucaqları dəyişmək mümkün olduğu halda, smartfonlarda sadəcə telefonun baxış bucağını dəyişməklə videoya baxmaq mümkündür.
Xatırladaq ki, 2015-ci ilin mart ayından Youtube, noyabr ayından etibarən isə Facebook sosial şəbəkəsi 360 dərəcəli videoların yüklənməsi və yayımı imkanını verib.
Ölkəmizdə də bu növ videoların çəkilişi ilə məşğul olan yeni layihə olan v360.az yaradılıb.
Layihənin əsas məqsədi 360 dərəcəli videoların çəkilişi və bu videolara Virtual Reallıq, Artırılmış reallıq effektlərini əlavə etməklə həm şəxsi, həm də yeni növ interaktiv reklam məhsullarının hazırlanmasıdır.
V360 / 360 Degree Video Services - layihəsi Azərbaycanda Artırılmış və Virtual reallıq xidmətlərini həyata keçirən CustomAR şirkəti və 1NET tərəfindən təsis edilib.
V360 və CustomAR şirkətilərinin İcraçı direktoru Fərid Yusifoğlu layihə ilə bağlı Xeberler.az-a bildirib ki, yeni formatlı video ilk növbədə insanlara ətraf dünyaya daha yaxın olmağa kömək edir.
Onun sözlərinə görə, bu gün evinizdə oturmaqla dünaynın istənilən yerinə, təbiətinə, tədbirlərinə qatılaraq real həyatdakı kimi izləyə bilərsiniz. Bununla yanaşı, Virtual Reallıq eynəklərindən istifadə etdiyinizdə isə sanki hazırda həmin məkandasınız kimi hiss əldə edə bilərsiniz:
“Biz yalnız mövcud 360 dərəcəli Virtual Reallıq texnolgiyası ilə kifayətlənməyərək, bu növ videolara interaktivlik əlavə etməyi planlayırıq. Bu isə öz növbəsində bu növ media formatlarda bir ilk olacaq” - deyə Fərid Yusifoğlu əlavə edib.
Layihənin digər təsisçisi Orxan Əhmədov isə bu növ video formatın reklam və oyun sahələrində tətbiqi ilə yanaşı, gündəlik həyatımızda baş verən mühüm anların da video lentə alınmasında geniş istifadə ediləcəyini deyib:
“Yaxın bir neçə ildə 360 dərəcəli video format, Virtual və Artırılmış reallıq sadəcə trend deyil, adi bir hal alacaq. Bu gün biz sadə kamera ilə çəkib televizorda baxdığımız videolar əvəzinə sabah 360 dərəcə ilə baxma imkanı əldə edəcəyik. Təsəvvür edin, ad günü, toy və ya hər hansı bir tədbirə bir neçə il sonra VR eynəkləri ilə baxdığınızda, keçmişə qayıdaraq eyni anları, eyni hissləri yaşaya bilərsiniz. Bu texnologiya artıq bu gün mövcuddur və bizim xidmətlər hər kəs üçün açıqdır.”
Layihə komandasından həmçinin bildiriblər ki, tezliklə müxtəlif məkan və tədbirlərdən daha çox 360 dərəcəli videolar paylaşacaq.
Bunun üçün layihəni rəsmi www.v360.az saytında və Facebook, Youtube, Linkedin sosial şəbəkələrində izləmək lazımdır.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri