YouTube-dan sinfoniya orkestri!

11-12-2008 / 12:14

  YouTube, dünyanın ilk online orkestri üçün hazırlıqlar görür.
YouTube Sinfoniya Orkestri, dünya səviyyəsindəki musiqiçiləri internet mühitində bir araya gətirməyi məqsəd qoyur.

  YouTubenin yeni Sinfoniya orkestri(YouTube Symphony Orkestr), dünyada öndə olan klassik musiqiçilərə birlikdə internet mühitində özlərini göstərə bilməsinə şərait yaradacaq.

  Musiqiçiləri internet mühitinə birləşdirməyi nəzərdə tutan YouTube, dünya ümumisindəki musiqiçiləri dəvət edərək özlərinə aid iki mahnılıq demo videolarını göndərməsini istəyir. Qazanan musiqiçilər isə Dun və San Francisco Sinfoniyasının orkestr şefi Michael Tilson Thomas ilə birlikdə çalışa bilmək fürsətinə sahib olacaq. Bununla yanaşı dünyanın qabaqda gələn piyanistlerinden Lang Lang və London Sinfoniya Orkestrinin üzvləri də sınaqlarda musiqiçilərə yoldaşlıq edəcək.

  Dünyadakı  professional musiqiçilər, öz bölgələrindən yarışa qatılan yarım-finalistlərin seçkisinə kömək edərkən, ediləcək online səs vermə ilə Sinfoniya Orkestrinin finala qalan üzvləri təyin olunmuş olacaq. Video göndərmək istəyənlər üçün son tarix 28 Yanvar 2009-cu il təyin olunmuşdur.

 

 xeberler.az /Elvira


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə